Icma.az
close
up
RU
Avropa azərbaycanlıları Vətəndə

Avropa azərbaycanlıları Vətəndə

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının yığıncağı keçirildi. Məclisdə Avropada yaşayan Azərbaycan Diaspor Təşkilatının nümayəndələri, ölkəmizin qeyri-hökumət təşkilatı rəhbərləri və media təmsilçiləri iştirak edirdilər. Görüş Zəfərimizin 5 illik yubiley ilində Azərbaycanın səsini Avro-Atlantik məkanında ucaldan Beynəlxalq Tərəfdaşlıq Platformasının fəaliyyətinə həsr olunmuşdu.

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov giriş nitqində qeyd etdi ki, 25 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin və Avropa İttifaqı yanında Nümayəndəliyində təsis edilən Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) son dövrlərdə BMT, Avropa Parlamenti, UNESCO, ATƏT-in Varşava ofisi, Cenevrə və digər Avropa ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq edir. EAPCA – Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən transmilli lobbiçilik və tərəfdaşlıq platformasıdır.

EAPCA-nın baş katibi Sahil Qasımov bildirdi ki, Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr hər zaman bizim dayağımız olub:

– Biz güclü liderimizə güvənərək Avropada Azərbaycanın mənafeyini müdafiə edirik. Avropada yaşayan və işləyən azərbaycanlıların üzərinə çox böyük lobbiçilik məsuliyyəti düşür. Tək Niderland kimi bir ölkədə 12 erməni kilsəsi lobbi təşkilatları tərəfindən yüksək səviyyədə maliyyələşdirilərək Azərbaycan əleyhinə təbliğatlarını genişləndirməkdə davam edirlər. İnanın ki, BMT və UNESCO tribunalarından etiraz çıxışlarıma baxmayaraq, Niderland Senatı dəfələrlə Azərbaycana qarşı qərəzli mövqelərini nümayiş etdiriblər. İş o yerə çatdı ki, mən humanizm prinsiplərini nəzərə alaraq Niderland kralına məktub yazdım və bildirdim ki, bir kral kimi ədalət naminə qərar versin. Qısa vaxtdan sonra krallıqdan məktubuma cavab aldım. Sənəddə qeyd olunurdu ki, kral özü şəxsən bu mühüm məsələ ilə məşğul olacaq.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev, Əməkdar jurnalistlər Azər Həsrət, Rauf Arifoğlu və başqaları çıxış edərək bildirdilər ki, bu gün bütün dünyada Azərbaycanın Zəfərini, reallıqları qəbul etməyən erməni havadarlarına cavab vermək üçün mətbuatımızın üzərinə çox böyük məsuliyyət düşür.

Sonda Sahil Qasımov media nümayəndələrini mükafatlarla təltif etdi və jurnalistlərə EAPCA-ya dəstək olduqlarına görə təşəkkürünü bildirdi. Xatirə fotoları çəkildi.

Beynəlxalq Diaspor Təşkilatının sədri İsmayıl Ağayev:

– Bu il biz Avropanın bir çox ölkələrində, xüsusilə, Çexiya, Macarıstan və Avstriyada Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq üçün tədbirlər keçirmişik. Zəngəzur Dəhlizinin beynəlxalq müstəvidə bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsi naminə görülən dövlət tədbirlərinin əhəmiyyətindən bəhs etmişik. Qərbi Azərbaycana Qayıdış konsepsiyası ilə bağlı da qarşıda duran hədəflərdən söhbət açmışıq. Günlərlə Avropa mediasında Azərbaycan həqiqətlərinin nəşr olunmasına çalışmışıq və buna nail olmuşuq. Çünki dünya gördü ki, Azərbaycan 44 gündə dövləti, xalqı və ordusu ilə birgə işğal altında qalan torpaqlarını xilas etdi. Hara gediriksə, tarixi qələbəmizin köklərini təfsilatı ilə geniş ictimaiyyətə, xüsusilə tərəqqipərvər ziyalılara çatdırırıq. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Mən həmin günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılarının birlik günü kimi bayram edirəm: O gün birliyimiz, Qələbəmizin və Zəfərimizin təntənəsidir.

Kəmalə ABDİNOVA,
Fidan SALMANOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri