Icma.az
close
up
RU
Avropa Bakıya gəlir: güc balansı dəyişir

Avropa Bakıya gəlir: güc balansı dəyişir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri rəsmi protokol çərçivəsindən kənara çıxaraq daha geniş geosiyasi və iqtisadi mesajlar daşıyır. Bu səfər göstərir ki, Azərbaycan artıq regionda təkcə enerji tərəfdaşı deyil, həm də siyasi etimad qazanan mühüm aktora çevrilib. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Bakıya edilən bu cür səfərlər təsadüfi xarakter daşımır. Meloninin Azərbaycana marağı, əslində, Avropanın dəyişən prioritetlərinin və yeni əməkdaşlıq xəttinin göstəricisidir. Bütün bunlar fonunda Azərbaycan bir daha sübut edir ki, onunla hesablaşmadan regionda ciddi qərarlar vermək artıq mümkün deyil.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Bizimyol.info xəbər portalına şərhində bildirib ki, İtaliyanın Baş naziri Georgia Meloninin Azərbaycana səfəri Bakı–Roma xəttində formalaşan strateji tərəfdaşlığın yeni mərhələsi kimi dəyərləndirilə bilər. Səfərin məhz Avropanın enerji təhlükəsizliyi, Orta Dəhliz, Cənubi Qafqazda postmünaqişə reallığı və yeni iqtisadi marşrutların aktuallaşdığı dövrə təsadüf etməsi onun siyasi əhəmiyyətini daha da artırır.

“Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə klassik iqtisadi əməkdaşlıq çərçivəsini aşaraq strateji məzmun qazanıb. Hazırda İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və xüsusilə enerji sahəsində Bakı üçün Avropaya açılan əsas qapılardan hesab olunur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, İtaliya Azərbaycan üçün həm neft, həm də qaz bazarında prioritet istiqamətdir”, – deyə deputat vurğulayıb və əlavə edib ki, bu münasibətlərin əsas sütunlarından biri enerji təhlükəsizliyidir.

Məlum olduğu kimi, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Avropanın enerji xəritəsində əvvəlki illərlə müqayisədə daha ciddi dəyişikliklər baş verib və Azərbaycan alternativ, etibarlı təchizatçı kimi mövqelərini daha da möhkəmləndirib. Məhz bu kontekstdə İtaliya Azərbaycanın Avropaya qaz ixracında əsas tranzit və istehlak mərkəzlərindən birinə çevrilib. Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını, qaz və neftimizin bu ölkənin idxal strukturunda ciddi paya malik olduğunu isə, zənnimcə, xatırlatmağa ehtiyac yoxdur.

Deputatın fikrincə, burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Bakı ilə Roma arasında münasibətlər yalnız “enerji alıcı–satıcı modeli” üzərində qurulmur. İtaliya hökuməti siyasi münasibətləri real iqtisadi layihələrə çevirmək niyyətindədir: “Forumun əsas məqsədi İtaliya şirkətlərinin Azərbaycanın modernləşmə, infrastruktur, sənaye, ‘yaşıl enerji’, logistika və Qarabağın bərpası layihələrində iştirakını genişləndirməkdir.

Əslində, İtaliya şirkətləri artıq Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə fəal iştirak edir. Bu isə o deməkdir ki, Avropa biznesi Azərbaycanın postmüharibə inkişaf modelinə etimad göstərir və Qarabağın bərpası beynəlxalq investisiya platformasına çevrilir. Bu aspekt xüsusilə vacibdir. Çünki Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər”, “yaşıl enerji”, rəqəmsal idarəetmə və müasir urbanizasiya layihələri Avropa texnologiyası və kapitalı üçün geniş imkanlar yaradır. İtaliya isə mühəndislik, memarlıq, sənaye dizaynı və yüksək texnologiyalar sahəsində böyük potensiala malik ölkədir”.

Deputat vurğulayıb ki, digər mühüm istiqamət nəqliyyat-logistika əməkdaşlığıdır. Avropada geosiyasi gərginliklər fonunda Orta Dəhlizin əhəmiyyəti sürətlə artır. Azərbaycan bu marşrutun əsas mərkəzi dövlətlərindən biridir. İtaliya isə Aralıq dənizi və Avropa bazarlarına çıxış baxımından mühüm qovşaqdır. Bu baxımdan Bakı–Roma əməkdaşlığı Çin–Mərkəzi Asiya–Qafqaz–Avropa xətti üzrə yeni iqtisadi arxitekturanın formalaşmasında xüsusi rol oynaya bilər.

Elçin Mirzəbəylinin fikrincə, Meloninin səfərinin siyasi və geosiyasi aspektləri də diqqətdən kənarda qalmamalıdır. İtaliya Avropa İttifaqının aparıcı dövlətlərindən biri olaraq Cənubi Qafqazda daha balanslı və praqmatik xətt yürütməyə çalışır. Roma Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edən və Bakı ilə açıq dialoqa üstünlük verən Avropa paytaxtlarından biridir. Bu isə Azərbaycanın Avropa ilə münasibətlərində praqmatik və qarşılıqlı faydalı əməkdaşlıqla bağlı strateji mövqeyini daha da gücləndirir. O hesab edir ki, İtaliyanın Azərbaycan–Ermənistan normallaşma prosesinə dəstək verməsi də mühüm siyasi mesajdır:

“Meloni Bakıda verdiyi açıqlamalarda regional sabitliyin və əməkdaşlığın vacibliyini vurğulayıb. Bu isə onu göstərir ki, Roma Cənubi Qafqazı qarşıdurma məkanı deyil, enerji, logistika və iqtisadi inteqrasiya platforması kimi görmək istəyir”.

Deputatın fikrincə, bütün bunları nəzərə aldıqda, Georgia Meloninin Azərbaycana səfəri və planlaşdırılan Azərbaycan–İtaliya biznes forumu iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bu mərhələ enerji əməkdaşlığından kənara çıxaraq sənaye, texnologiya, logistika, investisiya, regional təhlükəsizlik və postmüharibə quruculuğu istiqamətlərini əhatə edir. O qeyd edib ki, əgər tərəflər mövcud siyasi iradəni uzunmüddətli institusional əməkdaşlığa çevirə bilsələr, yaxın illərdə Azərbaycan–İtaliya münasibətləri Avropa–Cənubi Qafqaz əməkdaşlığının ən uğurlu modellərindən birinə çevrilə bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri