Avropa Bankı İranla savaşda ziyan çəkən ölkələrə yardım edəcək
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Yaxın Şərqdəki müharibədən ziyan çəkən ölkələrə dəstək olmaq üçün tədbirlər planını reallaşdırmağa başlayıb.
Azpost.info bildirir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) açıqlamasında deyilir.
Bankın münaqişələrə cavab tədbirləri birbaşa ziyan görmüş iqtisadiyyatlara – İraq, İordaniya, Livan, Qərb Sahilinə və Qəzzaya, eləcə də Misir, Türkiyə, Ermənistan və Azərbaycan da daxil olmaqla qonşu ölkələrin birinci qrupuna yönələcək.
AYİB 2026-cı ildə bu ölkələrə ümumilikdə 5 milyard avro investisiya qoymağı planlaşdırır. Sürətlə dəyişən vəziyyətə görə münaqişələrə cavab investisiyalarının səviyyəsi tələbdən asılı olacaq.
AYİB həmçinin fəaliyyət göstərdiyi və daha geniş iqtisadi təhlükəsizlik problemləri və ortaya çıxan makroiqtisadi təsirlərlə üzləşən bütün digər ölkələrə dəstək verməyə hazırdır.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 09 Aprel 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















