Avropa birinciliyindən möhtəşəm nəticə!
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
19-21 noyabr tarixlərində İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyi keçirilib.
Axar.az xəbər verir ki, yarış milli komandamızın parlaq çıxışı ilə yadda qalıb. Belə ki, taekvondoçularımız mötəbər yarışda ümumilikdə 5 medal (2 qızıl, 1 gümüş, 2 bürünc) əldə ediblər.
Milli komandamızın üzvləri İlyas Hətəmli (48 kq) və Elcan Əliyev (78 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Vasif Səlimov (68 kq) gümüş, Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) isə bürünc medallara sahib çıxıblar.
Sevindirici haldır ki, Azərbaycanın oğlanlardan ibarət milli komandası ümumi hesabda birinci yerə çıxaraq kuboka layiq görülüb.
Çempion adını qazanmış milli komandamızın üzvü İlyas Hətəmli (48 kq) “Yarışın ən yaxşı idmançısı”, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva isə “Ən yaxşı qadın hakimi” seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 22 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















