Icma.az
close
up
RU
“Avropa bunu etsə, müharibə 2 3 aya bitəcək” ABŞ və Avropa məsuliyyəti bir birinin üzərinə atır

“Avropa bunu etsə, müharibə 2 3 aya bitəcək” ABŞ və Avropa məsuliyyəti bir birinin üzərinə atır

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Rusiyanın neft gəlirlərini azaltmaq üçün “üzərinə düşəni etsə”, Ukraynada müharibə 2-3 aya bitər.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin Maliyyə naziri Skott Bessent “Reuters” və “Bloomberg”-ə birgə müsahibəsində deyib.

Nazir Avropa ölkələrinin Rusiyanın neft gəlirlərinin azaldılmasında və müharibənin dayandırılmasında daha aktiv rol oynamalı olduğunu vurğulayıb.

O qeyd edib ki, Avropa ölkələri Çin və Hindistana yüksək rüsumlar tətbiq etmədikcə, Tramp administrasiyası Çinin Rusiya neftini almasını dayandırmaq üçün Çin mallarına əlavə rüsumlar tətbiq etməyəcək: “Biz avropalıların üzərinə düşəni etmələrini gözləyirik və biz avropalılar olmadan irəliləməyəcəyik”.

Bessent xatırladıb ki, Tramp Rusiyanı əsas gəlir mənbəyi olan neft gəlirlərindən məhrum etmək üçün Avropa ölkələrini Çin və Hindistana 50%-dən 100%-ə qədər tariflər tətbiq etməyə çağırıb. 

Eyni zamanda o, bəzi Avropa ölkələrinin Rusiya neftini almasını, digərlərinin isə Rusiya neftindən Hindistanda emal olunan neft məhsullarını almasını tənqid edərək, bunun münaqişənin maliyyələşdirilməsinə töhfə verdiyini bildirib: “Mən sizə zəmanət verirəm ki, Avropa Rusiya neftinin alıcılarına əhəmiyyətli dərəcədə ikinci dərəcəli tariflər tətbiq etsə, müharibə 60 və ya 90 günə bitəcək”.

Bessent həmçinin deyib ki, ABŞ Rusiya şirkətlərinə, o cümlədən “Rosneft” və “Lukoil”-ə qarşı daha sərt sanksiyaları nəzərdən keçirmək və 2022-ci ildə Ukraynaya təcavüzündən sonra dondurulmuş Rusiya aktivlərindən daha geniş istifadə üçün Avropa ölkələri ilə işləməyə hazırdır.

Onun sözlərinə görə, buna əvvəlcə dondurulmuş 300 milyard dollar dəyərində olan aktivlərin kiçik hissələrinə həbs qoymaq və ya onları Ukraynaya kredit üçün girov kimi xidmət edə biləcək xüsusi hüquqi şəxsə yerləşdirməklə nail olmaq olar.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio demişdi ki, Donald Tramp Avropa ölkələrinin Rusiyaya qarşı özlərinin Ağ Evdən gözlədikləri sanksiyaları tətbiq etmələrini istəyir.

Avropa İttifaqı isə Rusiya ilə neft ticarətinə şərait yaradan Hindistan və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir. Bu sanksiyalar gələcək yeni sanksiyalar paketinin bir hissəsi kimi tətbiq oluna bilər.

Göründüyü kimi, hələ də Rusiyaya qarşı daha kəskin sanksiyalardan yayınmağa çalışan Tramp administrasiyası müxtəlif bəhanələr gətirməklə yanaşı, Avropanı da “əlini daşın altına qoymağa” çağırır. Görünən həm də odur ki, nə ABŞ, nə də Avropa liderləri riyakarlıqda bir-birilərindən geri qalmır və bu “evcik-evcik oyunu” davam etdikcə Ukraynada işğal, şəhərlər bombalanması, günahsız insanların ölümü də davam edir.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri