Avropa çempionatı: Azərbaycan cüdoçuları təsəlliverici görüşdə üz üzə gələcəklər
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 23 aprel, AZƏRTAC
Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 5 üzvü tatamiyə çıxıb.
Onlardan yalnız Əhməd Yusifov və Turan Bayramov (hər ikisi 60 kiloqram) 1/4 finaladək irəliləyiblər. Bu mərhələdə rəqiblərinə uduzan idmançılarımız bürünc medal uğrunda təsəlliverici görüşdə bir-biri ilə üz-üzə gələcəklər.
Bu gün mübarizəyə qoşulan Könül Əliyeva (48 kiloqram) 1/8 finalda, Gültac Məmmədəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə ilk görüşlərində məğlub olaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:Avropa çempionatı: Azərbaycan cüdoçuları 1/4 finalda üz üzə gəliblər
04 Sentyabr 2025 18:21
Avropa çempionatı: VII turda iki şahmatçımız üz üzə
21 Mart 2025 12:41
Azərbaycan cüdoçuları qarışıq komanda yarışının qalibi oldular Avropa çempionatı
04 Noyabr 2024 17:35
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi Sloveniya ilə üz üzə gələcək
23 May 2025 08:03
Avropa çempionatı öncəsi Azərbaycan kuboku
28 Mart 2025 14:43
Baxış sayı:102
Bu xəbər 23 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















