Avropa çempionatı: Azərbaycanın üç sərbəst güləşçisi bürünc medal görüşünə çıxacaq
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 aprel, AZƏRTAC
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.
Mübarizəyə 1/4 finaldan qoşulan İslam Bazarqanov (57 kiloqram) ötən il Avropa ikincisi olmuş türkiyəli Muhammet Karavuş üzərində inamlı qələbə qazanıb – 8:1. Bazarqanov yarımfinalda rusiyalı Avropa ikincisi Naçın Monquşa 0:5 hesabı ilə məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Rəqib İvaylo Tisov (Bolqarıstan) – Manvel Xndzrtsyan (Ermənistan) görüşünün qalibi olacaq.
Əli Rəhimzadə (65 kiloqram) əvvəlcə Dağıstan əsilli belçikalı Ayub Musayevə şans verməyib – 7:2. Həmyerlimiz 1/4 finalda isə almaniyalı Niko Meqerleyə tam üstünlüklə (10:0) qalib gəlib. Rəhimzadə yarımfinalda Çeçenistan əsilli Fransa güləşçisi Xamzat Arsamerzoyevə minimal fərqlə (3:4) uduzub. Əli bürünc medal uğrunda Stefan Koman (Rumıniya) – Andrey Svirid (Ukrayna) görüşünün qalibi ilə güləşəcək.
Kənan Heybətov (70 kiloqram) ilk mərhələdə avstriyalı Benedikt Huberi vaxtından əvvəl məğlub edib – 10:0. Güləşçimiz 1/4 finalda bolqarıstanlı Mihail Georgiyevdən güclü olub – 4:1. Heybətov yarımfinalda rusiyalı dünya çempionu David Bayevə 0:3 hesabı ilə məğlub olub. Kənan üçüncü yer uğrunda ya İsmayıl Musukayev (Macarıstan), ya da Viktor Voynoviç (Serbiya) ilə mübarizə aparacaq.
Orxan Abasov (79 kiloqram) təsnifat mərhələsində Dağıstan əsilli fransalı Zəlimxan Xadjiyevə 5:9 hesabı ilə uduzub.
Abubakr Abakarov (97 kiloqram) ukraynalı Vasil Sovaya “tuş”la (9:5) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Riçard Veqə 2:5 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Aprel 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















