Avropa Çempionatı: Futzal millimiz əsas mərhələyə vəsiqə qazanıb
Icma.az xəbər verir, Cbcsport saytına əsaslanaraq.
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.
İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv San Marinoda keçirilən ilkin mərhələnin B qrupunu birinci pillədə başa vurub.
Bu gün meydan sahibləri ilə heç-heçə (2:2) edən U-19 xallarının sayını 4-ə çatdırıb.
Yığma daha əvvəl Kosovonu 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, əsas mərhələnin görüşləri 25-30 mart aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində baş tutacaq final mərhələsinə vəsiqə qazanacaq.
Baxış sayı:136
Bu xəbər 26 Yanvar 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















