Avropa çempionatında 4 güləşçimiz mübarizəyə başlayır
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 qadın güləşçisi mübarizəyə qoşulacaq.
Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (65 kq) və Günay Qurbanova (59 kq) xalça üzərinə çıxacaq.
Xatırladaq ki, Azərbaycan komandası əvvəlki günlərdə 5 medal qazanıb - Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər.
Qitə birinciliyi aprelin 26-da yekunlaşacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
28 İyun 2026 22:41
Milli Avropa çempionatında mübarizəyə başlayır
31 İyul 2026 08:50
U 20 Avropa çempionatında 4 güləşçimiz yarımfinaldadır
06 İyul 2026 21:14
9 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
15 Noyabr 2024 12:55
Hidayət Heydərov Avropa çempionatında mübarizəyə başlayır
17 Aprel 2026 09:06
Baxış sayı:110
Bu xəbər 23 Aprel 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















