Icma.az
close
up
RU
Avropa çempionatında 9 medal

Avropa çempionatında 9 medal

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın Frankfurt şəhərində 61-ci WKF Avropa Çempionatı başa çatıb.

Apasport.az xəbər verir ki, mayın 20-24-də keçirilən yarışda 50 ölkədən 586 karateçi mübarizə aparıb.

Avropa çempionatı Azərbaycan karateçiləri üçün uğurlarla yadda qalıb. Qadın karateçimiz Mədinə Sadıqova 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq, WKF təşkilatı xətti ilə böyüklər arasında Azərbaycanın ilk qadın Avropa çempionu kimi tarixə düşüb.

Digər təmsilçimiz İrina Zaretska isə 68 kq çəki dərəcəsində bürünc medal əldə edib.

Parakarate üzrə çıxış edən idmançılarımız - Vidadi Xalıqov, Fərrux Qaybaliyev və Aysel Əhmədli Avropa çempionatının bürünc medalçıları olublar.

Qızlardan ibarət kumite üzrə yığma komandamız da komanda yarışlarında bürünc medal qazanaraq ölkəmizə növbəti uğuru bəxş edib. Komandanın heyətində Mədinə Sadıqova, İrina Zaretska, Gülay Orucova və Aysu Əliyeva yer alıblar.

Kişilərdən ibarət yığma komandanın bəzi üzvləri medalın bir addımlığında olsalar da, bu dəfə fəxri kürsüyə yüksələ bilməyiblər.

Azərbaycan karateçiləri ümumi komanda hesabında Avropada 6-cı pillədə qərarlaşıb və bu nəticə ölkə karatesinin beynəlxalq arenada inkişafının növbəti göstəricisi kimi qiymətləndirilib.

Qeyd olunur ki, çempionat çərçivəsində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda karatenin inkişafı, beynəlxalq əməkdaşlıq imkanları və gələcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda dünya şöhrətli yapon karate ustası, 9-cu dan qara kəmər sahibi Şixan Kaqava ilə də görüş olub, karate sahəsində təcrübə və inkişaf perspektivləri müzakirə edilib.

“Lions King”dən üç medal: 2 qızıl, 1 bürünc - FOTO Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçirilib Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçiriləcək AÇ: Karateçilərimizdən 6 medal Karateçilərimizdən Avropa çempionatında 6 medal
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://apasport.az
archiveBu xəbər 24 May 2026 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri