Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsi onlayn toplantıda Gürcüstanın Batumi şəhərində keçiriləcək şahmat üzrə Avropa çempionatında iştirak edəcək milli komandaların heyətlərini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandasının heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli cəlb ediliblər. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunublar. İlahə Qədimova kapitan olaraq, Nicat Abasov isə məşqçi kimi təsdiqləniblər.
Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq. Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 23 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















