Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.
Azərbaycan Cüdo Federasiyasından "Cebheinfo.az"a verilən məlumata görə, tədbirdə federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak edib.
Görüş zamanı federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onların qitə birinciliyində uğurlu çıxış edəcəklərinə inandığını bildirib. Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib, məsuliyyətli mübarizə aparmalarının vacibliyi vurğulanıb.
Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək. Azərbaycan millisi qitə birinciliyində fərdi yarışlarda 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) ilə təmsil olunacaq.
Yığma turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 24 İyun 2026 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















