Avropa çempionatında qazandığı gümüş medal əlindən alındı KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyalı ağırlıqqaldıran Albert Sayaxov antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Test Agentliyi məlumat yayıb. İdmançının qayda pozuntusuna 2012-ci ildə yol verdiyi açıqlanıb.
Bununla da A.Sayaxovun 2013-cü ildə Albaniyada keçirilmiş Avropa çempionatında qazandığı gümüş medal əlindən alınıb.

