Icma.az
close
up
RU
Avropa çempionlarına yüksək dəyər

Avropa çempionlarına yüksək dəyər

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.

Prezident cənab İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etməsi ölkədə idmana və xüsusilə güləş ənənələrinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu görüş həm idmançıların qazandığı böyük uğurun qiymətləndirilməsi, həm də gələcək nəsillər üçün motivasiya mənbəyi kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycan güləş məktəbi uzun illərdir ki, dünya və Avropa miqyasında öz sözünü deyir. İdmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurlar ölkəmizin idman sahəsindəki inkişafının göstəricisidir. Avropa çempionatında komanda hesabında çempionluq isə bu uğurların zirvələrindən biridir. Bu nailiyyət yalnız fərdi bacarıqların deyil, həm də komanda ruhunun, məşqçilərin əməyi və dövlət qayğısının nəticəsidir.

Möhtərəm Prezident cənab İlham Əliyevin güləşçilərlə görüşü zamanı onların çıxışları yüksək qiymətləndirilmiş, göstərdikləri qələbə əzmi xüsusi vurğulanmışdır. Dövlət başçısı idmançıların ölkəni layiqincə təmsil etdiyini qeyd edərək, bu uğurun təsadüfi olmadığını, sistemli işin və düzgün strategiyanın nəticəsi olduğunu bildirmişdir. O, həmçinin gələcək yarışlarda da daha böyük nailiyyətlərin əldə olunacağına inandığını ifadə etmişdir. Bu cür qəbul mərasimləri idmançılar üçün böyük stimul rolunu oynayır. Onlar dövlət tərəfindən diqqət və qayğı gördüklərini hiss edir, daha böyük məqsədlərə çatmaq üçün ruhlanırlar. Eyni zamanda, bu görüşlər gənclər arasında idmana marağın artmasına səbəb olur. Gənc nəsil uğurlu idmançıları özlərinə nümunə götürərək sağlam həyat tərzinə üstünlük verir və idmanla məşğul olmağa həvəslənir.

Azərbaycanın idman siyasətində güləş xüsusi yer tutur. Bu sahəyə göstərilən diqqət nəticəsində ölkəmizdə müasir idman infrastrukturu yaradılmış, beynəlxalq standartlara cavab verən məşq bazaları qurulmuşdur. Bu da öz növbəsində idmançıların yüksək səviyyədə hazırlaşmasına imkan yaradır. Prezidentin idmana göstərdiyi dəstək, həyata keçirilən dövlət proqramları və layihələr bu sahənin davamlı inkişafını təmin edir. Cənab Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etməsi yalnız rəsmi görüş deyil, həm də idmana verilən dəyərin, milli qürurun və gələcəyə olan inamın ifadəsidir. Bu cür tədbirlər Azərbaycan idmanının daha da inkişaf etməsinə, yeni uğurların qazanılmasına və ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 May 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see579

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see329

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see322

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see301

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see288

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see274

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see264

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see258

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see258

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see253

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see252

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see246

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see246

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see232

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see224

Çin Rusiyadan müalicəvi palçıq almağa başlayacaq

29 Avqust 2026 16:09see212

Neft bazarı ÇALXALANA BİLƏR Müharibələr və ABŞ Venesuela sazişi nə vəd edir?

29 Avqust 2026 18:58see210

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see185

“Əsrin müqaviləsi”nin “Faza 1” mərhələsi

29 Avqust 2026 16:04see182

“Hər şey şəkildi...”

29 Avqust 2026 16:16see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri