Avropa çempionu olan Azərbaycan ağırlıqqaldıranı yeni rekord müəyyənləşdirib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa çempionatının qalibi adını qazanıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 79 kiloqram çəki dərəcəsində mübarizə aparan R. Alməmmədov birdən qaldırma hərəkətində 151 kiloqram çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 189 kiloqram ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kiloqram nəticə göstərib. Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan idmançı toplamda Avropa çempionatının qalibi olub.
O, eyni zamanda, təkanla qaldırma hərəkətində və toplamda Avropa çempionatının rekordunu müəyyənləşdirib. Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi Azər Əlizadə təqdim ediblər.
 Baxış sayı:21
Baxış sayı:21 Bu xəbər 31 Oktyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















