Avropa çempionu olan şəhid qızı atasının məzarını ziyarət edib AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kiçik yeniyetmələr arasında Avropa birinciliyində qızıl medal qazanan Azərbaycan taekvondoçusu Dərya Hüseynova doğulduğu Göygöl rayonunda coşqu ilə qarşılanıb.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) AZƏRTAC-a verilən məlumata görə, o, daha sonra yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidi olan atası Elbrus Hüseynovun məzarını ziyarət edib.
Bu gün ATF-nin qonağı olan 8 yaşlı taekvondoçu atasının istəyi ilə idmana gəldiyini və Avropa çempionatında qazandığı qələbəni atasına həsr etdiyini bildirib.
Qeyd edək ki, 24 kiloqramda mübarizə aparan Dərya Hüseynova Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Baxış sayı:72
Bu xəbər 18 Noyabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















