Avropa çempionumuz milli ilə məşqlərə başlayacağı vaxtı açıqlayıb İdman və Biz
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyevin (90 kq) son durumuna aydınlıq gəlib.
Bu barədə İdman.bizə Avropa çempionunun özü məlumat verib.
Hacıyev bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Sağlamlığımla bağlı son durum yaxşı vəziyyətdədir. Məni əməliyyat edən həkim də bildirdi ki, zədəm sürətli şəkildə sağalır. Artıq 1 aydır ki, fiziki məşqlərə start vermişəm. Yanvardan isə millimizlə birlikdə məşqlərə start verəcəm. Hər gün fizioterapiyaya gedirəm. Bu proses 4 ay da davam edəcək. Əgər hər şey gözlədiyimiz kimi olarsa, martdan yarışlara qoşulacam”.
Qeyd edək ki, Hacıyev Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında Maksim-Qael Nqayapa Qamba ilə görüşünün sonlarında çiynindən xəsarət alaraq, əməliyyat olunub.
Banuçiçək Hüseynli
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 18 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















