Icma.az
close
up
RU
Avropa dəyişiklik ərəfəsində Hər şey bu seçkidən asılıdır

Avropa dəyişiklik ərəfəsində Hər şey bu seçkidən asılıdır

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bu gün Almaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

Modern.az xəbər verir ki, bir çox ekspert bu seçkini Almaniya və ümumilikdə Avropa üçün son illərin ən mühüm siyasi hadisələrindən biri hesab edir

Seçkilər ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının yüksəlişi və mərkəz sağ və mərkəz sol partiyaların geriləməsi fonunda keçirildiyi üçün siyasi mənzərədə ciddi dəyişikliklərə səbəb ola bilər.

Son rəy sorğularına görə, Xristian Demokratlar (CDU/CSU) 27% səslə lider mövqedədir. AfD 20%-lə ikinci, Sosial Demokratlar (SPD) 17%-lə üçüncü, Yaşıllar isə 12%-lə dördüncü sıradadır. Siyasi qeyri-müəyyənliyin əsas səbəbi isə kiçik partiyaların – Sol Partiya, liberal Azad Demokrat Partiyası (FDP) və solçu-populist Sahra Vagenknext İttifaqı (BSW) – aldığı səslərin ümumi siyasi mənzərəni dəyişə biləcəyidir.

"YouGov"un sorğusuna əsasən, Sol Partiya 9%-lə seçki baryerini rahat keçir, BSW isə 5%-də dayanır. FDP-nin səsləri isə 4-5% arasında dəyişir ki, bu da onun parlamentə girib-girməyəcəyini qeyri-müəyyən edir.

Almaniya parlamentində (Bundestaq) 630 yer var və hökumət qurmaq üçün ən azı 316 mandat lazımdır. Əgər kiçik partiyalar parlamentə daxil olarsa, ənənəvi iki partiyalı koalisiyanın qurulması çətinləşəcək və üçlü koalisiyalar müzakirə obyektinə çevriləcək.

Hazırda ən real koalisiya CDU/CSU və SPD arasında görünür. CDU lideri Fridrix Mers kanslerliyə ən güclü namizəd hesab olunur və hökumət qurmaq üçün tərəfdaş tapmağa çalışır. CDU/CSU-Yaşıllar koalisiyası da mümkündür, lakin CSU-nun Yaşıllarla əməkdaşlığa isti baxmaması bu ssenarini zəiflədir.

Ən qeyri-müəyyən ssenarilərdən biri CDU/CSU-nun yalnız AfD ilə birlikdə çoxluq əldə edə bilməsidir. Lakin Mers seçkilərdən əvvəl AfD ilə koalisiya qurmayacağını açıqlayıb. Bu halda, ya üçlü koalisiya qurulmalı, ya da azlıq hökuməti variantı nəzərdən keçirilməlidir.

Almaniya seçki sistemi elə qurulub ki, heç bir partiyanın təkbaşına hakimiyyətə gələ bilmir. 2023-cü ildə qəbul edilən islahatlarla parlamentdə yerlərin sayı 630-a endirilib. Bu da o deməkdir ki, hər hansı bir partiyanın təkbaşına çoxluğu əldə etməsi mümkün deyil.

İkinci Dünya Müharibəsindən sonra Almaniya seçki sistemi ifrat siyasi qrupların hakimiyyətə gəlməsinin qarşısını almaq və siyasi kompromis mədəniyyətini gücləndirmək üçün formalaşdırılıb. Buna görə də, iki partiyalı koalisiyalar ənənəvi idarəçilik forması hesab olunur.

Hazırkı seçkilər Alman siyasətində mühüm dəyişikliklərə səbəb ola bilər. Seçicilərin mərkəz sağ və mərkəz soldan uzaqlaşması, yeni partiyalara artan dəstək və parlamentdə daha çox siyasi gücün parçalanması koalisiya qurma prosesini çətinləşdirir. Nəticədə, Almaniyanın yeni hökumətinin formalaşması uzun və mürəkkəb bir prosesə çevrilə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Fevral 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri