Icma.az
close
up
RU
Avropa Ermənistanı Rusiyanın əlindən alır ŞƏRH

Avropa Ermənistanı Rusiyanın əlindən alır ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ancaq Kreml Ermənistan üzərində qurduğu təsir mexanizmlərindən əl çəkməyəcək

Ermənistanda parlament seçkilərinə 2 gün qalıb. Bir tərəfdən Baş nazir postuna iddialı revanşist qüvvələr, digər tərəfdən isə Rusiyanın artan təzyiqləri, Nikol Paşinyanı siyasi mühasirə vəziyyətinə salıb. Paşinyanın İrəvanın geosiyasi sükanını, Avropa İttifaqına doğru çevirməsi Kreml dairələrinin etirazına tuş gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Aİ-nin Ermənistan siyasətinin pərdəarxasında birbaşa Moskvanı hədəf almaq planının dayandığını bildirib. Moskva artıq mərhələli şəkildə Ermənistandan gələn məhsulların idxalını məhdudlaşdırır. Avrasiya İqtisadi Birliyinə (AAİB) daxil olan digər ölkələr də Paşinyanı Aİ və AAİB arasında seçim etməyə məcbur edirlər. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistanın eyni vaxtda iki stulda otura bilməyəcəyini vurğulamaqla, sətiraltı təhdid mesajı göndərib.

Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Avropa Birliyi Rusiyanın iqtisadi imkanlarından məhrum olan Ermənistana iqtisadi və maliyyə cəhətdən hər cürə dəstəyi göstərəcək: 

“Ermənistan kimi kiçik iqtisadiyyatların istehsal etdiyi məhsulların Aİ bazarına çıxışı ittifaq üzvləri üçün hər hansı bir təhdid yaratmır. Çünki ixracın həcmi yerli istehsalçıları bazardan sıxışdırıb çıxaracaq miqyasda deyil. Avropa Birliyi təşkilata qoşulmaq istəyən ölkələri əvvəlcədən müdafiə etməyə başlayır. Onlar bu strategiya ilə Rusiyaya öz müttəfiqlərini qorumaq gücünə malik olduqlarını göstərməyə çalışırlar. Əminəm ki, Ermənistan məhsullarının Avropa bazarlarında gömrük rüsumu ödəmədən satışına icazə veriləcək. Xatırlayırsınızsa, Ukrayna Prezidenti Avropa İttifaqını postsovet məkanında yer alan ölkələri Rusiyanın təcavüzündən qorumağa çağırmışdı”. 

Politoloqun sözlərinə görə Aİ-nin atdığı bütün addımlar Rusiyanın təzyiq siyasətinə adekvat cavab xarakteri daşıyır:

“Rusiya hökuməti, sanki demokratiyanı prinsipial olaraq qoruyan və onu qlobal müstəvidə bərpa etməyə çalışan bir tərəf kimi, Avropa İttifaqını bir sıra məsələlərdə ittiham edir. Özündə demokratiya və insan hüquqlarının qorunması mexanizmi olmayan bir ölkə, başqa dövlətlərə bu kontekstdə heç nə vəd edə bilməz. Rusiya Ermənistana boş yerdə yardımlar göstərməyib. Ermənistanın enerji təhlükəsizliyi, nəqliyyat qovşaqları, dəmir yolu şəbəkəsi və digər kritik infrastruktur sistemləri tamamilə Rusiyanın inhisarındadır”.

N.Miri qeyd edib ki, Rusiyanın Ermənistanda dərin iqtisadi və siyasi nüfuz qazanmasının memarları sırasında Koçaryan-Sarkisyan bloku xüsusi yer tutur:

“Buna görə də, Rusiyanın Ermənistan üzərində bərqərar etdiyi total təzyiq mexanizmlərindən geri çəkilmək niyyəti yoxdur. Ermənistanı illərlə öz təsir dairəsinin alətinə çevirmiş Rusiyanın, bu gün Aİ-ni İrəvandan istifadə etməkdə ittiham etməsi, riyakarlıqdan başqa bir şey deyil. Rusiya başqalarını ittiham etməzdən əvvəl, postsovet məkanındakı ölkələrə yaşatdığı tarixi travmaları və yeritdiyi təcavüzkar siyasətin ağır nəticələrini düşünməlidir. Rusiya qonşu dövlətlər üçün müsbət və cəlbedici inkişaf modeli təqdim edə bilsəydi, bu gün postsovet məkanındakı ölkələr böyük qətiyyətlə Kremlin təsir dairəsindən çıxmağa çalışmazdı”. 

Politoloqun fikrincə, Moskvanın regional siyasətdə tətbiq edə biləcəyi yeganə strategiya, dağıdıcılıq və hərbi təhdidlər üzərində qurulub:

“Mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində verilən hərbi mesajlar, Ermənistanla yanaşı, MDB ölkələrinə və Baltikyanı dövlətlərə də ünvanlanıb. Rusiya bundan ibarətdir. Hər zaman da belə olacaq. Ona görə də Moskvanın ittihamlarını nə Avropa nə də postsovet ölkələri ciddi qəbul edir. Aİ ötən il parlament seçkilərində Moldovanı dəstəklədiyi kimi Ermənistanı da müdafiə edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri