Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Avropa futbolunda maraqların münaqişəsi “alovlanacaq”

Avropa futbolunda maraqların münaqişəsi “alovlanacaq”

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə dünya, Avropa çempionatı, Amerika Kuboku kimi nəhəng beynəlxalq turnirlər keçirilməyəcək.

"Football-plus.az" xəbər verir ki, ilk baxışdan ilin bu baxımdan kasad olacağı ağla gəlir. Buna baxmayaraq, yenicə başlayan 2025-in gözlənilən hadisələri sırasında bir neçəsi ilin az-çox maraqlı keçəcəyini düşünməyə əsas verir.
Yanvarda ÇL-də sürprizlər gözlənilir
Bilindiyi kimi, UEFA məhz cari mövsümdən başlayaraq avrokubokların formatında inqilabi dəyişiklik edib. Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) qruplar ləğv edilərək 36 komandanın iştirak etdiyi vahid liqa yaradılıb. ÇL və AL-in əsas mərhələsində 8, KL-də 6 tur nəzərdə tutulub. Artıq KL-də vahid liqada mübarizə sona çatıb. Bu səbəbdən ÇL və AL həyəcanı ilk dəfə yanvarda da yaşanacaq: ilin ilk ayında son iki turun oyunları keçiriləcək.
ÇL-də arxada qalan 6 turdan sonra formalaşan turnir cədvəlinə nəzər salarkən bir sıra nəhəng klubların mövqeyi diqqəti cəlb edir. Belə ki, turnirin son qalibi “Real” 36 iştirakçı sırasında 20-ci, “Mançester Siti” 22-ci, PSJ isə 25-ci yerdədi. Bu komandaların birbaşa 1/8 finala vəsiqə qazanmaq, yəni ən pis halda 8-ci yeri tutmaq şansı praktiki cəhətdən mümkün görünmür. Avropa nəhəngləri hətta pley-offa vəsiqə verən 9-24-cü yerlərdən də kənarda qala bilər. Bunun üçün real zəmin yaranıb. Məsələn, 7-ci turda PSJ MS-ni qəbul edəcək. Hər iki komandanı yalnız qələbə qane edəcək, Parisdəki matç heç-heçə nəticələnərsə, belə desək, nəhənglər özlərini ÇL-dən kənara atmış olacaqlar. Başqa sözlə, vahid turnir cədvəlinə malik olan yeni format sürprizlərə yol açıb. Əsas mərhələnin sonuna iki tur qalmış yalnız maksimum – 18 xala malik “Liverpul” və 15 xal toplayan “Barselona” birbaşa 1/8 finala vəsiqəni təmin edib. İlk “8-lik”də Fransanın heç də nəhəng sayılmayan iki klubunun – “Brest” və “Lill”in görünməsi də yeni formatın sürprizlərindən sayılır. Yeni reqlamentə əsasən, yekun cədvəldə 9-24-cü yerləri tutacaq 16 komanda arasında pley-off oyunları keçiriləcək. İki matçdan ibarət mübarizənin 8 qalibi 1/8 finala çıxacaq. Uduzanlar isə 25-36-cı yerlərin sahibləri kimi avrokubok mövsümünü başa vuracaqlar. Ona görə ki, artıq ÇL-dən AL-ə keçidlə bağlı ikinci şans nəzərdə tutulmayıb.
AL-in yeni qalibi olacaq
AL-dəki mövcud vəziyyət də maraq doğurur. Bilindiyi kimi, son illər bu turnirdə İspaniya klubları, necə deyərlər, at oynadırdılar. Ancaq ötən mövsüm “Atalanta” bütün rəqiblərini məğlub edərək tarixində ilk dəfə avrokubokun çempionu oldu. Bu mövsüm qitənin “2-ci dərəcəli” klub turnirinin yeni qalibi olacaq. Çünki “Atalanta” artıq ÇL-də oynayır və AL-ə dönüş də mümkün deyil.
İlk 6 turdan sonra turnir cədvəlinə hərəyə 16 xal toplayan “Latsio” ilə “Atletik” başçılıq edirlər. İtaliya klubu “Atalanta”nın uğurunu təkrarlamağa iddialıdı. Romadan olan eyniadlı komanda isə böyük ehtimalla birbaşa 1/8 finala çıxa bilməyəcək. Mövsüm ərəfəsində İtaliya təmsilçilərindən başqa “Mançester Yunayted” ilə “Tottenhem” də qələbəyə əsas iddiaçılar sırasında göstərilirdi. Lakin yersiz xallar itirən İngiltərə nəhəngləri, belə desək, arabir öz ayaqlarına da atəş açırlar. Onların büdrəmələri isə “Anderlext”, “Ayntraxt”, “Qalatasaray” və “Reyncers”ə ilk “8-lik”də möhkəmlənmək imkanı yaradıb.
“Qızıl top”a əsas namizəd kimdi?
2024-cü ildə “Qızıl top” ətrafında çox söz-söhbət eşidildi. Bunun əsas səbəbkarı isə “Real” oldu. İspaniya nəhəngi Vinisius Juniorun “France Football”un jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda qalib gəlməməsinə görə həm Fransa nəşrini, həm də UEFA-nı günahlandırdı. Mükafatlandırma mərasimini boykot edən madridlilər İspaniya yığması ilə Avropa, MS ilə İngiltərə çempionu olan Rodrinin Vinisiusdan üstün olmadığını gizlətmədilər. İndiki məqamda Rodrinin titulunu qorumaq şansı yoxdu: ispaniyalı yarımmüdafiəçi cari mövsümü ağır zədə səbəbindən erkən başa vurub. “Qızıl top” isə indi böyük ölçüdə ilin əvvəlindən yayın ortalarına qədər keçirilən turnirlərin nəticələrinə əsasən sahibini tapır. Deməli, Vinisiusun şansı var. Amma indiki məqamda braziliyalı Məhəmməd Salahdan aşkar geri qalır. Ona görə ki, “Liverpul”un misirli lideri artıq cari mövsümdəki göstəriciləri ilə rəqiblərindən bir baş üstün vəziyyətdədi. Deməli, Məhəmməd klubu ilə bir sıra turnirlərdə qalib gəlməlidi ki, digər iddiaçılara daim yuxarıdan aşağı baxsın. “Qızıl top”un yeni sahibini müəyyənləşdirəcək əsas turnir isə məhz ÇL olacaq.
ML: əvvəl pley-off, sonra final turniri
Avropa futbolunda yeni turnirlərdən sayılan Millətlər Liqasının (ML) formatı da qismən dəyişib. Əsası 2018-ci ildə qoyulan turnirin sayca 4-cü olan 2024/25 mövsümünün qalibi adı uğrunda mübarizə daha gərgin keçəcək. Belə ki, UEFA A liqasında 2-ci yeri tutanların da kuboka iddia etməsinə şərait yaradıb. Beləliklə, martda 8 komanda arasında 1/4 final oyunları keçiriləcək. İtaliya – Almaniya, Niderland – İspaniya, Xorvatiya – Fransa və Danimarka – Portuqaliya cütlərinin qalibləri iyuna təyin olunan final turnirinə vəsiqə qazanacaqlar. Həlledici oyunlar İtaliya – Almaniya cütünün qalibi olacaq komandanın təmsil etdiyi ölkədə təşkil ediləcək. Yeri gəlmişkən, ML-in ilk üç mövsümünün qalibi Portuqaliya, Fransa və İspaniya yığmaları olub.
KDÇ yeni formatda təşkil ediləcək
Klublararası Dünya Çempionatındakı (KDÇ) yenilik isə futbol aləmində daha geniş müzakirələrə yol açıb. Sayca 21-ci olacaq turnir bu ildən yeni format əsasında keçiriləcək. Mundial adət edildiyi kimi 7 yox, ilk dəfə 32 komandanın iştirakıyla təşkil ediləcək. Yeni format əsasında keçiriləcək ilk turnirə ABŞ evsahibliyi edəcək. İyunun 15-də start götürəcək klubların mundialına iyulun 13-də yekun vurulacaq. Nəhəng turnirdə Avropanın 12 (bu hüququ ÇL-in son 4 qalibi və UEFA-nın reytinq cədvəlində ən yüksək yeri tutan 8 klub qazanıb), Cənubi Amerikanın 6, Şimali Amerikanın 5 (bura təşkilatçı ölkənin bir komandası da daxildi), Asiya və Afrikanın 4, Okeaniya regionunun isə 1 klubu iştirak edəcək.
FİFA yenilənən KDÇ-nin 4 ildən bir təşkilinə qərar verib. Əvəzində vaxtilə mövcud olan Qitələrarası Kubok bərpa edilib. Yalnız qitələrin ən güclüsü olan klubların iştirakı ilə keçiriləcək yarışın həyəcanı hər il yaşanacaq. Maraqlı məqam odu ki, ali futbol qurumu Avropa təmsilçisinə böyük güzəşt edib: UEFA ÇL-in qalibi birbaşa finala vəsiqə ilə təmin edilib. Yeri gəlmişkən, ötən il dekabrın 18-də “Real” Meksika təmsilçisi “Paçuka”ya 3:0 hesabıyla qalib gəlib.
Bilindiyi kimi, son aylar KDÇ-nin yeni formatının əleyhinə heç də az fikirlər səslənməyib. Səbəb FİFA-nın format dəyişikliyi ilə bağlı qərarı liqalar, klublar və futbolçularla razılaşdırmadan, birtərəfli qaydada verməsi, üstəlik turniri qışdan yaya çəkməsi ilə bağlıdı. Narazı tərəflərdən bəziləri mundialı boykot etməklə hədələyib və hətta ali futbol təşkilatını məhkəməyə veriblər. Turnirin anonsu verilib, püşk atılıb, təqvim müəyyənləşib, infrastruktur hazırlanıb, amma ortaya bir ciddi sual çıxıb: Avropanın bütün klubları bu ilin yayında Amerikaya yollanacaqlar?
Məsələ ondadı ki, “Real” başda olmaqla bir sıra superklublar genişlənmədən sonra turnirin bir ay ərzində keçirilməsindən narazıdılar. Digər problem indiyədək mükafat fondu 2,5 milyard dollar olacağı iddia edilən mundial üçün əsas sponsorun tapılmamasıdı. Göründüyü kimi, mövcud vəziyyət kifayət qədər maraqlı və qəribədi. Yeni formatlı KDÇ-ni elit səviyyəli peşəkar futbolun zirvəsinə qaldırmaq niyyətində olan FİFA-nın prezidenti Canni İnfantinoya ünvanlanan sualların sayı-hesabı yoxdu...
Superliqa layihəsi bu il baş tutacaq?
Bu il Avropa futbolunda maraqların münaqişəsi fonunda vəziyyətin bir qədər də mürəkkəbləşəcəyi gözlənilir. Səbəb sadədi: UEFA ilə Avropa Superliqasının təsisçiləri və tərəfdarları arasındakı münasibətlərin daha da gərginləşmək ehtimalı çoxdu. Artıq Avropa Superliqası layihəsinin adı dəyişdirilib. Turniri təşkil etməyi planlaşdıran “A22” şirkəti hələlik bir oyunu belə keçirilməyən yeni layihənin adını Birlik Liqasına (ingiliscə Unify League) dəyişdirib. “A22”nin bəyanatında UEFA-dan yarışın təşkili üçün icazə istəniləcəyi bildirib. Superliqanın tərəfdarları hesab edirlər ki, UEFA Avropa Məhkəməsinin 2023-cü ilin dekabrında çıxardığı qərara uyğun olaraq bunu etməyə borcludu. Xatırladaq ki, bu məhkəmə FİFA və UEFA-nın klubların Superliqada iştirakına qadağa qoymasını qeyri-qanuni elan edib, ali futbol təşkilatlarının qərarlarının Avropa qanunlarına zidd olduğunu vurğulayıb. Lakin UEFA-nın buna reaksiyası mənfi olmuşdu: qitə futbol qurumu bəyanat yayaraq məhkəmənin qərarının Superliqanın təsdiqi anlamına gəlmədiyini qeyd etmişdi.
Təşkilatçılar yeni turnirə sentyabrda start vermək istəyirlər. Reqlamentə əsasən, yarış 3 divizion olmaqla 4 liqada (Ulduzlar Liqası, Qızıl Liqa, Mavi Liqa, Birləşmiş Liqa) təşkil olunacaq və turnirdə ümumilikdə 96 klub çıxış edəcək. Halbuki layihədə yalnız “Real” və “Barselona” iştirakını rəsmən təsdiqləyib. Necə deyərlər, yaşayarıq, görərik...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Yanvar 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see216

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri