“Avropa Havayları” 2026 cı ilin ən populyar turizm istiqaməti seçildi
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Tez-tez "Avropanın Havayı" adlandırılan Portuqaliyanın Madeyra adası 2026-cı ildə dünyanın ən populyar turizm məkanı seçilib.
Qaynarinfo xəbər verir ki, "TripAdvisor" platformasının "Travelers' Choice Awards"ın son reytinqinə görə, Atlantik okeanında, Aralıq dənizinin qərbində yerləşən bu Portuqaliya adası möhtəşəm mənzərələri, bağları, çiçəkləri və tropik iqlimi ilə seçilir.
Siyahının müəllifləri vurğulayır ki, Madeyra sahilləri boyunca çoxlu çimərliklər yerləşir. Ən məşhurlarından biri isə Madeyranın ən yaxşı kurortlarından biri olan Calheta çimərliyidir. Bu çimərlik qızılı qumu, kristal kimi təmiz suyu və yachting üçün limanı ilə fərqlənir. Həmçinin, çimərlik kanu və windsurfing kimi müxtəlif su idman növləri üçün ideal şərait yaradır.
Bundan əlavə, Funşaldakı məşhur kurort bölgəsi Lidoda həm böyük, həm də kiçik açıq hovuzlar mövcuddur və onlar birbaşa dənizə çıxış imkanı təmin edir. Eyni zamanda, qolf həvəskarları üçün Madeyrada bir neçə yüksək səviyyəli qolf meydançası mövcuddur, o cümlədən Funşaldada.
"TripAdvisor"ın versiyasına görə 2026-cı ilin ən populyar 10 turizm istiqaməti:
1. Madeyra, Portuqaliya
2. Tiflis, Gürcüstan
3. Çikaqo, ABŞ
4. Quynen, Vyetnam
5. Puerto-Escondido, Meksika
6. Milan, İtaliya
7. Qlazqo, Şotlandiya
8. Əbu-Dabi, BƏƏ
9 Resif, Braziliya
10. San-Karlos-de-Bariloşe, Argentina
Qeyd edək ki, reytinq platformanın minlərlə istifadəçi rəyi əsasında hazırlanıb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Yanvar 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















