Avropa həyəcan içində: Müharibəyə hazırlığa start verildi, tarix də açıqlandı
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın Mülki Müdafiə və Fəlakətlərə Yardım Departamentinin rəhbəri Ralf Tisler Avropada böyük müharibə riskindən narahat olduqlarını və tunelləri, metro stansiyalarını, yeraltı avtomobil parklarını və ictimai binaların zirzəmilərini sığınacaqlara çevirmək istədiklərini bildirib.
Ölkə.az xəbər verir ki, “Süddeutsche” qəzetinə müsahibəsində almaniyalı nazir Rusiya-Ukrayna müharibəsinə diqqət çəkərək deyib: "Uzun müddət idi ki, Almaniyada müharibəyə hazırlaşmamağa ehtiyac olmadığına dair bir inanc var idi. Bu dəyişdi. Artıq Avropada böyük bir müharibə riskindən narahatıq".
Yeni sığınacaqların çox pul və vaxt tələb edəcəyinə diqqət çəkən Tisler əlavə edib ki, bunun üçün də təxirəsalınmaz məsələlərin həllinə ehtiyac var. “Bu səbəbdən tunelləri, metro stansiyalarını, yeraltı dayanacaqları və ictimai binaların zirzəmilərini sığınacaqlara çevirmək istəyirik. Bu yolla bir milyon sığınacaq yaradacağıq", - alman nazir qeyd edib.
Mövcud sığınacaq şəbəkəsinin qeyri-kafi olduğunu bildirən Tisler bildirib ki, mülki müdafiə tədbirləri üçün 4 il ərzində 10 milyard avro, 10 illik müddət üçün isə 30 milyard avro lazımdır.
Mürtəza
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 09 İyun 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















