Icma.az
close
up
RU
Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət necə edilir? VƏKİL AÇIQLADI

Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət necə edilir? VƏKİL AÇIQLADI

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İnsan Hüquqları Məhkəməsinin icraatı insan hüquqlarının pozulması ilə bağlı şikayətlərin beynəlxalq səviyyədə araşdırılmasını təmin edən aydın və sistemli qaydalara əsaslanır.

Müraciətlər əvvəlcə qəbul edilib-edilməməsinə görə yoxlanılır, sonra mahiyyəti üzrə araşdırılır və sonda qərarların icrası mərhələsinə keçilir.

Avropa İnsan Hüquqları Məhkəməsinin icraatının əsas xüsusiyyəti, mərhələləri və milli məhkəmələrdə yerinə yetirilməsi vacib sayılan tələblər varmı?

Gununsesi.info-ya açıqlmasında insan hüquqları üzrə vəkil Esmira Rzayeva mövzunu belə şərh edib:

“Şikayət ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasında əks olunan hüquqlardan biri ilə əlaqədar olmalıdır. Hər bir şəxs Konvensiya ilə müyyən edilmiş hüquqlarının pozuntusu ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Konvensiya yaşamaq hüququnu, mülki və cinayət işində ədalətli mühakimə olunmaq hüququnu, şəxsi və ailə həyatına hörmət hüququnu, sərbəst fikir ifadə etmək azadlığını, fikir-vicdan və din azadlığını, səmərəli hüquq müdafiə vasitəsiləri hüququnu, mülkiyyət hüquqlarına hörmət olunmasını, seçkilərdə səs vermək və seçilmək hüququnu müdafiə edir. Konvensiya işgəncə və qeyri-insani və ya ləyaqəti alçadan davranış və ya cəzanı, əsassız və qanunsuz həbsi, konvensiyada təsbit edilmiş hüquq və azadlıqların istifadəsində ayrı-seçkiliyi, dövlətin öz vətəndaşlarının ərazisindən çıxarılması və ya onlara həmin dövlətin ərazisinə daxil olmağa qadağa qoymasını, ölüm cəzasının tətbiq edilməsi, əcnəbi vətəndaşların ölkədən kollektiv şəkildə çıxarılması qadağan edilir. Müraciət elektron və ya e-mail ilə qəbul edilmir”.

Vəkil qeyd edib ki, ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasından başqa digər hər hansı bir hüquqi sənədin pozulmasından, məsələn İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin yaxud Əsas Azadlıqların Nizamnaməsinin pozulmasından şikayət edə bilməz:

“Ərizəçi şikayət etdiyi məsələ ilə bağlı müvafiq dövlətdə həmin pozuntunu aradan qaldıra bilən bütün hüquq müdafiə vasitələrindən istifadə etməlidir. Ölkə daxilində son qərar çıxarıldıqdan sonra ərizəçi həmin qərarın çıxarıldığı tarixdən etibarən altı ay ərzində Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməlidir. Bu müddət bitdikdən sonra ərizəçinin müraciəti Məhkəmə tərəfindən qəbul edilə bilməz. Şikayəti şifahi şəkildə şəxsən çatdırmaq üçün Strasburqa getməyə ehtiyac yoxdur.

Bu şikayətin daha tez baxılmasına kömək etmir və ərizəçiyə heç bir hüquqi məsləhət verilmir. Ərizəçi Məhkəmə tərəfindən forması müəyyən edilən ərizə formasında doldurulmuş və imzalanmış ərizəni müvafiq sənədlər ilə birlikdə Avropa İnsan Hüquqları Məhkəməsinə poçtla göndərməlidir. Məhkəmə icraatı yazılı şəkildə aparılır.

Məhkəmə tərəfindən qəbul ediləcək hər hansı bir qərar haqqında ərizəçi yazılı surətdə xəbərdar edilir. Açıq şifahi dinləmələr müstəsna hallarda təşkil olunur. İşə baxılması üçün heç bir rüsum və ya ödəmə tələb olunmur. İcraatın ilkin mərhələlərində hüquqşünas tərəfindən təmsil olunmanız tələb olunmasa da, cavabdeh Hökumətə ərizəniz haqqında bildiriş verildikdən sonra ərizəçin nümayəndə təmsil etməlidir. Ərizələrin böyük əksəriyyəti Hökumətə bildiriş verilmədən qəbul edilməz elan oluna bilər.

Ərizəçi yalnız öz şəxsi xərclərini (hüquqşünas(lar)ının xidmət haqqını, araşdırma və poçt xərclərini və digər oxşar xərcləri) ödəməlidir. Şikayət ərizəsi Məhkəməyə təqdim edildikdən sonra Məhkəməyə hüquqi yardım üçün müraciət edə bilərsiniz. Hüquqi yardım hər bir halda və dərhal verilməmiş, Məhkəmə icraatının yalnız sonrakı mərhələləri verilir.

Birinci növbədə Məhkəmə ərizənizin qəbul edilməsi məsələsinə baxır, yəni şikayət Konvensiya tərəfindən müəyyən edilmiş konkret tələblərə uyğun olmalıdır. Əgər ərizə bu şərtlərə uyğun deyil, şikayət ərizəninə rədd cavabı veriləcəkdir. Əgər ərizə bir neçə şikayətdən ibarətdirsə, Məhkəmə onlardan birini və ya bir neçəsini qəbul edərək digərlərinə rədd cavabı verə bilər. Əgər ərizə və ya şikayətlərdən biri qəbul edilməz elan edilərsə Məhkəmənin bu qərarı qətidir və ona bir daha yenidən baxılmayacaqdır. Məhkəmə tərəfləri (şikayətçini və cavabdeh Dövləti) məsələni dostcasına həll etməyə çağırır. Tərəflər məsələnin dostcasına həll edilməsi barədə razılığa gəlməsələr, Məhkəmə şikayətə mahiyyəti üzrə baxır və Konvensiyanın pozulub pozulmadığını müəyyənləşdirir. Ərizəçi Məhkəmənin iş yükünün ağırlığını nəzərə alaraq Məhkəmədə ərizəsinin ilkin baxışını bir ilə qədər gözləməyə məcbur ola bilər. Məhkəmə bəzi ərizələrə, xüsusilə ərizəçilərin qaçılmaz fiziki təhlükə altında olduğunu iddia edən ərizələrə üstünlük verərək onlara təcili baxa bilər.

Məhkəmə Konvensiyanın pozulduğunu müəyyən edərsə, o ərizəçiyə dəymiş zərərə görə müəyyən məbləğdə maddi kompensasiya ödənilməsini qərara ala bilər. Məhkəmə eyni zamanda cavabdeh Dövlətdən ərizənizin təqdim edilməsi ilə əlaqədar çəkdiyiniz xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə Konvensiyanın pozulmadığını müəyyən edərsə, ərizəçi hər hansı bir əlavə xərc, o cümlədən cavabdeh Dövlətin çəkdiyi xərcləri ödəməli olmur. Məhkəmənin ölkədaxili qərarları və ya qanunları dəyişmək və ya ləğv etmək səlahiyyəti yoxdur. Məhkəmə öz qətnamələrinin icrası ilə əlaqədar heç bir məsuliyyət daşımır. Qətnamə çıxarıldıqdan sonra onun icrası üzrə məsuliyyət Avropa Şurasının Nazirlər Komitəsinə keçir.

Nazirlər Komitəsi qətnamələrin icrasına nəzarət edir və hər hansı bir kompensasiyanın ödənilməsini təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsi daxili məhkəmələrin üzərində Apellyasiya məhkəməsi kimi fəaliyyət göstərmir. O işlərlə bağlı təkrar dinləmələr keçirmir, milli məhkəmələr tərəfindən verilən qərarları ləğv etmək, dəyişmək və ya işə yenidən baxmaq səlahiyyətinə malik deyildir. Məhkəmə şikayət edilən hakimiyyət orqanı ilə bilavasitə ərizəçi adından heç bir əlaqə yaratmır, lakin müstəsna hallarda, Məhkəmə müvəqqəti müdafiə tədbiri qərarı ala bilər. Bir qayda olaraq Məhkəmə yalnız ərizəçiyə fiziki xətər yetirilməsi təhlükəsi ciddi ehtimal olunduğu halda bu tədbirə əl atır. Məhkəmə ərizənizin tərtib edilməsi üçün ərizəçiyə hüquqşünas tapmaqda köməklik göstərmir və ya ərizənin tərtib edilməsi üçün hüquqşünasa ödədilən xərcləri ərizəçiyə ödəmir. Məhkəmə şikayətin ünvanlandığı Dövlətdə qüvvədə olan qanunvericilik ilə bağlı ərizəçiyə heç bir hüquqi məlumat verə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəndə vəkilərə müraciət etməyi daha məqsədəuyğun hesab edirəm.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:411
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri