Avropa işıqsız qalsa da Rusiyadan qaz alınmayacaq
Icma.az bildirir, Milli.az portalına istinadən.
Avropada elektrik kəsintisinə səbəb olan fiziki enerji çatışmazlığı yaşansa belə, Avropa İttifaqı ölkələrinin Rusiya qazını almasına icazə verilməyəcək.
Milli.Az xəbər verir ki, bu açıqlamanı Aİ sammitindən sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen verib.
Avropa Komissiyasının fiziki enerji çatışmazlığı səbəbindən elektrik kəsintiləri yaşasa belə, Rusiya qazının alışını istisna etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab olaraq o bildirib:
"Bizim aydın bir məqsədimiz var və məqsədimizə sadiq qalırıq. Enerji sektorumuzu yaşıl və Avropada istehsal olunan enerjiyə doğru dəyişdirməyə davam edəcəyik".
Bundan əvvəl Avropa Enerji Komissarı Dan Jorgensen bildirib ki, Aİ ölkələri vəziyyətdən asılı olmayaraq artıq "tək bir Rusiya enerji molekulu" almamalıdırlar. /Musavat.com
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 20 Mart 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















