Icma.az
close
up
RU
Avropa İttifaqı “Alman Birjası” və “Nasdaq”a qarşı təhqiqata başlayıb

Avropa İttifaqı “Alman Birjası” və “Nasdaq”a qarşı təhqiqata başlayıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 6 noyabr, AZƏRTAC

Avropa Komissiyası rəqabət qanunvericiliyinin pozulması ehtimalı ilə bağlı “Alman Birjası”na (Deutsche Börse) və ABŞ-ın texnologiya birjası “Nasdaq”a qarşı araşdırma başladıb.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyası rəsmi olaraq kartel (rəqabətin məhdudlaşdırılması) hüququ çərçivəsində aparılan araşdırmaların “Alman Birjasının” və “Nasdaq”ın Avropa İqtisadi Məkanında (AİM) maliyyə törəmə alətlərinin siyahıya alınması, ticarəti və hesablaşma əməliyyatlarında davranışlarını uzlaşdıraraq, Avropa İttifaqının rəqabət qanunvericiliyini pozub-pozmadığını yoxlamaq üçün həyata keçirildiyini bildirib. Belə ki, məlumata əsasən, bu iki maliyyə xidməti qurumu arasında rəqabətdən qaçmaq üçün razılaşmalar, tələbin bölüşdürülməsi, qiymətlərin koordinasiyası və məxfi işgüzar məlumatların mübadiləsi kimi fəaliyyətlərin olub-olmadığı araşdırılır.

Avropa Komissiyasının təmiz, ədalətli və rəqabətqabiliyyətli keçid üzrə icraçı vitse-prezidenti Tereza Ribera bununla bağlı bildirib ki, rəqabət qaydaları birjalar arasında ədalətli və açıq rəqabətin, Kapital Bazarları İttifaqının düzgün işləməsinin təmin olunmasına xidmət edir. Bu isə bütün Avropa vətəndaşlarının maraqları naminə innovasiya, maliyyə sabitliyi və iqtisadi inkişaf üçün əsasdır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see209

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see193

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see182

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see146

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see138

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see134

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see134

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see133

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see132

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see130

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see129

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see126

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see124

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see120

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see120

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri