Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Siyahıya Belarusun səkkiz hüquqi şəxsin adını daxil edib
Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiya siyahısını genişləndirib və səkkiz hüquqi şəxsin adını daxil edib. AYNA.AZ xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan Aİ Şurasının bəyanatında qeyd olunub.
"Vəziyyətin ciddiliyini nəzərə alaraq, səkkiz hüquqi şəxs məhdudlaşdırıcı tədbirlər tətbiq olunan fiziki və hüquqi şəxslər siyahısına daxil edilməlidir", - məlumatda qeyd olunub.
Bildirilib ki, sanksiyalar “Belvneshpromservis” müəssisəsinə, “Leqmaş” zavoduna, Pilotsuz Helikopterlərin Konstruktor Bürosuna, LEMT Elmi-Texniki Mərkəzinə, həmçinin “Lazer Cihazları və Texnologiyaları” MMC-yə təsir edib.
İyulun 18-də Aİ-nin daimi nümayəndələri Rusiya əleyhinə sanksiyaların 18-ci paketi ilə bağlı razılığa gəliblər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər siyahısına “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə məhdudiyyətlər, həmçinin Rusiya neftinə yeni qiymət həddinin tətbiqi daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 İyul 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















