Avropa İttifaqı bir məhsul üçün rüsumları kəskin artırmaq niyyətindədir
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqı rəhbərliyi polad idxalı üçün rüsumları 50 faizədək artırmağı nəzərdə tutan təklif layihəsi hazırlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi yayıb.
Bildirilir ki, belə tədbirlər Aİ tariflərinin Çinin ifrat istehsalına qarşı mübarizə aparan ABŞ-nin tarifləri ilə uyğunlaşmasına gətirib çıxarmalıdır.
Hazırda Aİ-də poladtökmə sənayesinin müvəqqəti müdafiəsi mexanizmi işləyir. Bu mexanizm idxal məhsullarının əksəriyyətinə 25 faizlik rüsum tətbiq edir.
Bildirilir ki, son illərdə Aİ-nin poladtökmə sənayesi ciddi böhranla üzləşib, Çindən və digər Asiya ölkələrindən ucuz idxalın öhdəsindən gəlməyə çalışır.
Öz növbəsində, "Eurofer" Avropa Poladtökmə Assosiasiyası daha sərt tədbirlərin görülməsini tələb edir.
"Tata Steel Europe"un baş direktoru Henrik Adam bildirib ki, Avropaya öz maya dəyərindən ucuz qiymətlərlə poladın gətirilməsinə maneələr yaradılmasa, avtomobil, yük maşınları, akkumulyator və külək turbinlərini Avropa poladından istehsal etmək mümkün olmayacaq.
Baxış sayı:34
Bu xəbər 02 Oktyabr 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















