Avropa İttifaqı Çinə sərt xəbərdarlıq edib
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Çinə Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsinin nəticələri ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlığı Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Brüsseldə Çinin Xarici işlər naziri Vanq İ ilə söhbətində səsləndirib.
Reyting.az-ın “Reuters” agentliyinə istinadla verdiyi məlumata görə, Kallas deyib ki, Çin şirkətlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməsi Avropa təhlükəsizliyinə ciddi təhlükə yaradır.
O, həmçinin Çini "Rusiyanın hərbi-sənaye kompleksinə bütün maddi dəstəyi dərhal dayandırmağa", "tam və qeyd-şərtsiz atəşkəs"i və "Ukraynada ədalətli və davamlı sülhü" dəstəkləməyə çağırıb.
Qeyd edək ki, Çin Ukraynadakı müharibədə Rusiyaya hərbi dəstək vermədiyini bildirir. Bununla belə, Avropa rəsmiləri iddia edirlər ki, Çin şirkətləri Ukraynada Rusiya pilotsuz təyyarələri və digər silahlar üçün bir çox mühüm komponentlər tədarük edirlər.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Avropa İttifaqı Çinə qarşı sanksiyaları nəzərdən keçirir
15 Noyabr 2024 21:28
Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edəcək…
09 Sentyabr 2025 22:52
Avropa İttifaqı Trampa xəbərdarlıq etdi
27 Fevral 2025 23:48
Avropa İttifaqı liderləri Trampa xəbərdarlıq edirlər...
12 Avqust 2025 00:16
Avropa İttifaqı ABŞ yə xəbərdarlıq etdi
02 Fevral 2025 23:50
Baxış sayı:99
Bu xəbər 03 İyul 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















