Icma.az
close
up
RU
Avropa İttifaqı da Ukraynadan nadir metallar istəyir Zelenskiyə saziş təklif edilib, amma...

Avropa İttifaqı da Ukraynadan nadir metallar istəyir Zelenskiyə saziş təklif edilib, amma...

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ-ın ardınca Avropa İttifaqı Ukraynaya “kritik əhəmiyyətli” faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlıq haqqında saziş bağlamağı təklif edir.

“AzPolitika” xəbər verir ki, bunu bazar ertəsi Avropa Komissiyasının sənaye strategiyasına cavabdeh üzvü Stefan Sejourne deyib.

Avropa komissarının sözlərinə görə, Aİ-nin mümkün sövdələşməyə yanaşması onunla xarakterizə olunur ki, o, Ukraynaya qarşılıqlı faydalı tərəfdaşlıq təklif edir.

"Biz heç vaxt hər iki tərəf üçün faydalı olmayan razılaşma tələb etməyəcəyik" – deyə, Sejourne bildirib.

O qeyd edib ki, Ukrayna Aİ sənayesi üçün kritik əhəmiyyət kəsb edən 30 mineraldan 21-ni Aİ üçün təmin edə bilər.

Aİ-nin təklifləri ilə bağlı təfərrüatlar hələlik məlum deyil və Ukrayna nümayəndələri onları şərh etməyiblər. “France Presse” agentliyi qeyd edir ki, təklif Ukrayna və ABŞ arasında təbii sərvətlərin birgə işlənməsinə dair danışıqlar kontekstində müzakirə edilib. Bu danışıqlar ən yüksək səviyyədə bir sıra sərt bəyanatlarla müşayiət olunub. Mətbuatın yazdığına görə, ABŞ Ukraynaya nadir torpaq metallarının və Ukraynada hasil edilən təbii sərvətlərin satışından gəlir əldə edəcək 500 milyard dollarlıq fond yaratmağı və onunABŞ-ın nəzarətində olmasını təklif edib.

Ukrayna Prezidenti Volodimir Zelenski təklif olunan sazişi imzalamaqdan imtina edib. Danışıqlar davam edir. Bazar ertəsi Tramp bildirib ki, müzakirələr başa çatmaq üzrədir və Zelenskinin Ağ Evə səfəri zamanı sazişi imzalamağa hazırdırlar. Lakin müqavilənin imzalanmağa hazır olması barədə rəsmi açıqlama verilməyib. Ukrayna hələ də Rusiya təhlükəsi qarşısında təhlükəsizlik zəmanətlərinin verilməsinə təkid edir. Trampın sözlərindən də göründüyü kimi, o, müqavilənin mövcudluğunu belə bir təminat hesab edir. Tramp həmçinin hesab edir ki, saziş ABŞ-ın son illərdə Ukraynaya göstərdiyi yardımın bir növ kompensasiyasıdır. Kiyev bu yardımın həcmi ilə bağlı Vaşinqtondan gələn təxminlərlə razılaşmır.

Rusiya Prezidenti Vladimir Putin də bir gün əvvəl demişdi ki, Moskva Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində nadir torpaq metallarının istismarı ilə bağlı ABŞ-la əməkdaşlığa hazırdır. Onun sözlərinə hələ ki, heç bir reaksiya verilməyib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Fevral 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri