Avropa İttifaqı Dəməşqə yüksək səviyyəli diplomatik heyət göndərib
Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
Avropa İttifaqının xarici işlər nazirləri bu gün Suriyada yeni administrasiya ilə münasibətləri müzakirə edəcəklər.
Sitat.info xarici mediaya istinadən xəbər veri ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bu haqda danışıb.
O bildirib ki, Aİ bu gün Dəməşqə yüksək səviyyəli diplomatik nümayəndə heyəti göndərəcək və xarici işlər nazirləri yeni administrasiya ilə qurulacaq əlaqələri müzakirə edəcəklər.
Nazirlərin gündəmindəki ilk maddə Suriyadakı proseslər olacaq. "Mən onlardan Dəməşqə getmələrini, yeni hökumət və oradakı insanlarla əlaqə saxlamalarını xahiş etdim" - Kallas deyib.
O qeyd edib ki, xarici işlər nazirləri ilə Suriyanın yeni rəhbərliyi ilə hansı səviyyədə qarşılıqlı fəaliyyət göstərəcəyimizi müzakirə edəcəklər.
Fatimə Zeynal,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:229
Bu xəbər 16 Dekabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















