Avropa İttifaqı Ermənistan məhsullarına rüsumu LƏĞV ETDİ
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı Şurası Ermənistanla ticarətin liberallaşdırılması üçün müvəqqəti tədbirləri təsdiqləyib.
“Cebheinfo.az”-ın məlıumatına görə, bu tədbirlər Ermənistanın Aİ-yə ixrac etdiyi məhsulların təxminən 80 faizinə idxal rüsumlarının ləğvini nəzərdə tutur.
Tədbirlər Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərindən sonra Ermənistan iqtisadiyyatını dəstəkləmək məqsədi daşıyır və iki il müddətində qüvvədə olacaq. Yeni rejimə əsasən, bəzi kənd təsərrüfatı məhsulları da daxil olmaqla, geniş çeşiddə Ermənistan mallarına idxal rüsumları dayandırılacaq.
Şura qeyd edib ki, tədbirlər Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin məqsədlərinə uyğun olaraq, Ermənistandan Avropa İttifaqına ticarət axınlarının qorunmasına və gücləndirilməsinə kömək edəcək. Eyni zamanda, idxal Avropa istehsalçılarına mənfi təsir göstərəcəyi təqdirdə, Aİ bazarı üçün müəyyən şərtlər və qoruyucu tədbirlər nəzərdə tutulub.
Yekun qərar Avropa Parlamentinin plenar iclasda Avropa Komissiyasının təklifini düzəlişsiz təsdiqləməsindən sonra verilib. Qaydalar artıq imzalanmalı və Aİ-nin rəsmi jurnalında dərc olunmalıdır. Ermənistana güzəştlərin siyahısı dərc edildiyi gündən bir gün sonra qüvvəyə minəcək.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Sentyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















