Avropa İttifaqı Ermənistana 143 milyon avro qrant ayırır
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı Ermənistanın inkişafına dəstək məqsədilə 143 milyon avro məbləğində qrant ayırmağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin martın 26-da keçirilən iclasında təsdiqlənib.
İclas zamanı Avropa Komissiyası ilə Ermənistan arasında “Çoxsektorlu Büdcə Dəstəyi Sazişi” imzalanıb. Saziş 2026–2028-ci illəri əhatə edir və ölkənin müxtəlif sahələrdə inkişafını hədəfləyir.
Razılaşmaya əsasən, maliyyə vəsaiti yalnız qrant formasında təqdim olunacaq. Ayrılan vəsaitin əsas istiqamətləri dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, ixracın şaxələndirilməsi, viza rejiminin liberallaşdırılması üzrə dialoqun genişləndirilməsi, qanunun aliliyinin gücləndirilməsi, həmçinin məşğulluq və sosial inteqrasiyanın dəstəklənməsi olacaq.
Bu mövzuda digər xəbərlər:Avropa İttifaqı Ermənistana 202,5 milyon avroluq yardım ayırır
22 Fevral 2026 16:12
Avropa İttifaqı Ermənistana 20 milyon avro ayırdı
29 Yanvar 2026 15:53
Avropa İttifaqı Ermənistana 12 milyon avro ayıracaq
02 Dekabr 2025 12:05
Avropa İttifaqı Ermənistana 30 milyon avro ayırdı
05 May 2026 17:25
Rusiyadan Ermənistana Avropa İttifaqı XƏBƏRDARLIĞI
27 İyun 2025 17:17
Baxış sayı:84
Bu xəbər 26 Mart 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















