Icma.az
close
up
RU
Avropa İttifaqı Gürcüstanla vizasız rejimi ləğv edə bilər

Avropa İttifaqı Gürcüstanla vizasız rejimi ləğv edə bilər

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 15-də Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin görüşündə diplomatlar "hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının dinc etirazlarını yatırtması" fonunda Gürcüstanla vizasız rejimin ləğvi məsələsini müzakirə edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa mətbuatına Aİ-dəki məlumatlı şəxslər məlumat verib.

Onların fikrincə, vizasız rejimin dayandırılması Gürcüstana təzyiq variantlarından biridir. Qeyd olunur ki, Aİ bir neçə aydır ki, “Gürcü Arzusu”na qarşı hər hansı addım atmaqdan çəkinir, çünki o, “Aİ ölkələrinin kiçik qrupunun müqaviməti” ilə üzləşib.

Qeyd edək ki, “Xalq Gücü” partiyasının üzvü Eka Sepaşvili buna cavab olaraq bildirib ki, 18 avropalı bürokratın biabırçı bəyanatında bir sıra qeyri-dəqiqliklər var və bu, Gürcüstan hökumətinə, eləcə də ölkənin suverenliyinə birbaşa hücumdur.

Hakim partiyalar qeyd ediblər ki, Gürcüstan parlamentinə hansı qanunları qəbul etməli və qəbul etməməli olduğu barədə göstərişlər vermək parlamentin suverenliyinin kobud şəkildə pozulması və gürcü xalqının təhqiridir.

Gürcüstanda etirazlar 2024-cü il noyabrın 28-də başlayıb. Mitinqlərin ilk həftəsi çox gərgin keçib. Tbilisidə bəzi etirazçılar su şırnaqları və gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələrinə qarşı pirotexniki vasitələrdən istifadə ediblər. Toqquşmalar gecə boyu davam edib və xüsusi təyinatlıların etirazçıları Rustaveli prospektindən çıxarmağa məcbur etməsi ilə başa çatıb.

Etirazlara səbəb Gürcüstanın baş naziri İrakli Kobaxidzenin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və onun bütün büdcə qrantlarından imtina etmək qərarına gəlməsi ilə bağlı bəyanatı olub.

Hökumət başçısının sözlərinə görə, buna səbəb üzvlük dialoqunun başlanması ilə bağlı Aİ-nin daimi şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğvi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 İyul 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri