Icma.az
close
up
RU
Avropa İttifaqı ikili standart lardan çıxış etməyi özünün əsas prioritetinə çevirib

Avropa İttifaqı ikili standart lardan çıxış etməyi özünün əsas prioritetinə çevirib

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Donald Trampın BMT-dən çıxmaq, ABŞ-ın NATO-dakı missiyasını məhdudlaşdırmaq və Avropa ilə müttəfiqlik münasibətlərini yenidən nəzərdən keçirmək istiqamətində göstərdiyi təşəbbüslər fonunda geosiyasi aktor kimi nüfuzu sürətlə sarsılmaqda olan, qlobal güc kimi əhəmiyyətini itirməyə davam edən Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda "etimad mühitinin yaradılmasına dəstək vermək" adı altında təxribatçılıq, pozuculuq fəaliyyətlərini davam etdirməsi həqiqətən də olduqca absurd görünür. Avropa İttifaqının Ermənistandakı "mülki müşahidə" missiyasının Azərbaycan sərhədlərində "binokl diplomatiyası" ilə məşğul olması heç bir sağlam məntiqə sığmır.
Sözügedən dırnaqarası "mülki" missiyanın hərbçilərdən, polislərdən, casuslardan ibarət heyət üzvlərinin son günlərdə yenidən Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə apardıqları məlum olub. Belə ki, Aİ müşahidəçiləri əvvəlcə Qazax rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər, martın 10-da isə Qubadlı rayonu ilə həmsərhəd olan məntəqəyə gələrək, ərazilərimizi qanunsuz olaraq müşahidə etməyi davam etdiriblər. Bizim sərhədçilərimiz Aİ-nin müşahidə missiyasının üzvlərinin hərəkətlərini qeydə alıblar. Aİ müşahidəçilərinin sərhədlərimizdəki qanunsuz izləmələri barədə məlumatlar və görüntülər mətbuatda da yayılıb. Beynəlxalq hüquqdan dəm vuran və sərhədlərin toxunulmazlığını tez-tez gündəmə gətirən Brüsselin bu cür qanunsuz müşahidələrə izn verməsi bu gün heç kimdə təəccüb hissi doğurmur. Çünki biz Aİ-nin hüquqazidd addımlarına artıq adət etmişik. Avropa İttifaqı "ikili standart"lardan çıxış etməyi özünün əsas prioritetinə çevirib.
Avropa İttifaqının rəsmi Bakının rəyini soruşmadan, Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının mandatının birtərəfli qaydada 2027-ci ilədək uzadılması barədə qərar qəbul etməsi də elə həmin "ikili standart"ların təzahürüdür. Beləliklə, Avropa İttifaqı faktiki olaraq Ermənistanın vasitəsilə Cənubi Qafqazda "kovboy"luq edir. Lakin bu da müvəqqətidir. Avropa İttifaqının bölgəmizdəki katalizatorluğu çox da uzun sürməyəcək. Bu alyans qlobal geosiyasi dəyişikliklərin təsiri nəticəsində getdikcə öz əvvəlki hegemon gücünü itirərək tezliklə amorf bir təsisata çevriləcək. Ermənistan isə Aİ-nin simasında özünün növbəti havadarından da məhrum olacaq. Ona görə də rəsmi İrəvan Aİ müşahidəçilərinə güvənmək əvəzinə, Azərbaycanla normal ikitərəfli münasibətlər qurmağa tələsməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Mart 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri