Icma.az
close
up
RU
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq böyük uğurla inkişaf edir

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq böyük uğurla inkişaf edir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri tərəflər arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu səfər həm ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmək, həm də regionda baş verən geosiyasi proseslər fonunda qarşılıqlı tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi diqqət çəkir. Azərbaycanın regionda artan rolu və Avropa üçün strateji əhəmiyyət kəsb edən layihələrin mərkəzində dayanması bu səfərin əhəmiyyətini daha da artırır.

Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri də dövlətlərarası münasibətlərdə olduğu kimi, beynəlxalq təşkilatlarla da əlaqələrin bu düstura əsaslandığı qənaətin təsdiqidir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi bəyanat Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırdı.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü də daxil ol­maq­la, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğu bir daha təsdiqlənən bu nüfuzlu səfərdə 16 dövlətin, o cümlədən Avropa İttifa­qı­nın 10 üzvünün Azərbycandan qaz aldığını, Azər­bay­canın qaz hasilatnı artıracağını, qazı yeni yataqda hasil etməyə başlayacağını, Azərbaycanın 10 milyard kub­metr əlavə qazı olacağını, beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmağı planlaş­dır­dı­ğını, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımaların ikitərəfli gündə­li­yi­nin mühüm hissəsi olduğunu, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısının ke­çirildi­yini, Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılmasına böyük ümidlər oldu­ğu­nu, müstə­qil­liyi hələ 1991-ci ildə bərpa olunan Azərbaycanın cəmi yeddi aydır sülhdə yaşadığını, ... xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ermənistana mühüm neft məh­sul­larının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlət­lərin və xalqla­rın barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündə­li­yimiz həqiqətən çox genişdir. Biz, əlbəttə, sərhədlərimizə yaxın bölgədə təhlükəsizlik məsələlərini mü­za­kirə etdik”.

Bu rəsmi səfər zamanı, həmçinin, Azərbaycan Respublikasının Prezidenti və Avro­pa İttifaqı Şu­rasının Prezidenti ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq stra­teji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisə­ləri, xü­su­silə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıb. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görü­şü­nün nəticələrini və Azərbay­canla Er­mə­nistan arasında münasibətlərin normal­laş­dı­rıl­ması istiqamətində atılan sonrakı ad­dım­ları yüksək qiymətlən­di­riblər. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitə­rəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqlədi.

Nəticə etibarilə, Azərbaycanın enerji strategiyası balanslı və praqmatik yanaşmaya əsaslanır. Ölkə həm ənənəvi enerji mənbələrindən istifadə edir, həm də bərpaolunan enerji sahəsinə böyük sərmayələr yatırır. Bu siyasət Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Saleh Məhərrəmov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Mart 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see447

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see333

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see329

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see315

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see285

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see280

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see279

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see269

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see267

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see266

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see266

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see264

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see246

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see245

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see244

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see218

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see209

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see203

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri