Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı və MERCOSUR (Cənubi Amerika ümumi bazarı) ölkələri arasında 25 ildən çox davam edən müzakirələr nəticəsində azad ticarət sazişi imzalanıb.
AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, 700 milyondan çox əhalisi olan bölgənin dünyanın ən böyük azad ticarət zonalarından birinə çevrilməsini nəzərdə tutan sazişin imzalanması Uruqvayın paytaxtı Montevideoda keçirilən MERCOSUR toplantısında iştirak edən Avropa İttifaqı Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən elan olunub.
Argentina, Braziliya, Paraqvay və Uruqvaydan ibarət MERCOSUR üzv ölkələr arasında azad ticarəti təşviq etmək, gömrük birliyini təmin etmək və regional inteqrasiyanı gücləndirmək məqsədi daşıyır.
“Bu razılaşma Avropa üçün qazancdır”, - deyən Ursula fon der Lyayen sazişin imzalanması ilə Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında gömrük vergilərinin əksər hissəsinin aradan qaldırılacağını bildirib.
Avropa İttifaqı Komissiyasının hesablamalarına görə, ticarət məhdudiyyətlərinin aradan qaldırılması nəticəsində avropalı ixracatçılar ildə təxminən 4 milyard avro qənaət imkanı əldə edəcəklər.
Lakin sazişin imzalanması Avropa İttifaqı məkanında birmənalı qarşılanmayıb. Alman Sənaye İttifaqı sazişin imzalanmasını məmnunluqla qarşılaşasa da, Fransa, Niderland, Polşa və İtaliya yerli istehsalçıların maraqlarının qorunması baxımından razılaşmanın qəbuledilməz olduğunu bildirib.
Sazişin qüvvəyə minməsi üçün bu sənəd Avropa İttifaqı üzvlərinin hər biri, eləcə də Avropa Parlamenti tərəfindən təsdiq edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Dekabr 2024 07:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















