Avropa İttifaqı oktyabrın 12 dən turistlərlə bağlı yeni sistem tətbiq edir
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropaya səyahət edən turistlər 12 oktyabr 2025-ci il tarixindən etibarən sərhəd nəzarəti prosedurlarında əhəmiyyətli dəyişikliklərlə üzləşəcəklər.
Avropa İttifaqı üzv olmayan ölkələrin vətəndaşları üçün pasportlardakı ənənəvi möhürləri rəqəmsal biometrik skanerlə əvəz edən yeni Giriş/Çıxış Sistemini (EES) istifadəyə verəcək.
Əcnəbilər biometrik məlumatları təqdim etməkdən imtina edə bilməyəcək, əks halda, ölkəyə giriş qadağan ediləcək. Toplanmış məlumatlar üç il saxlanılacaq, bundan sonra avtomatik olaraq silinəcək.
Sistem Kipr və İrlandiya istisna olmaqla Aİ-nin bütün üzv dövlətlərində, həmçinin İttifaqa daxil olmayan dörd Şengen ölkəsində – İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə fəaliyyət göstərəcək.
Yeni sistem daha bir mühüm dəyişiklikdən – Avropa Səyahət Məlumatı və Avtorizasiya Sisteminin (ETIAS) tətbiqindən əvvəl işə salınır. Sonuncu yenilik 2026-cı ilin sonunda baş verəcək. Sistem Aİ üzvü olmayan ölkələrdən olan səyahətçilərdən Şengen zonasına getməzdən əvvəl 20 avro rüsum ödəməyi və əvvəlcədən icazə almağı tələb edəcək.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 15 Avqust 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















