Icma.az
close
up
RU
Avropa İttifaqı Rusiyaya qarşı 15ci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı 15ci sanksiyalar paketini təsdiqlədi

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri çərşənbə günü, 11 dekabrda Brüsseldə Rusiya Federasiyasına qarşı 15-ci sanksiyalar paketini təsdiqləyiblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, məhdudiyyətlər "kölgə donanması" adlanan bir qrup tankerə qarşı mübarizəyə yönəlib. Ruslar bu tankerlərdən istifadə edərək G7 və onların tərəfdaşlarının tətbiq etdiyi məhdudiyyətlərdən yan keçərək neft və neft məhsullarını ixrac edirlər. Sanksiya siyahısına Qərbin məhdudiyyətlərindən yan keçməyə kömək edən yeni şəxslər və şirkətlər əlavə ediləcək.

Bu sanksiyalar Avropa İttifaqı Şurasında xarici işlər nazirləri tərəfindən 16 dekabr bazar ertəsi günü yekun olaraq təsdiqlənməlidir. Bildirilir ki, Avropa artıq Rusiyaya qarşı 16-cı paketi hazırlayır və onu Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı işğalının üçüncü ildönümü ilə əlaqələndirə bilərlər. Gözlənilir ki, bu paket daha "genişmiqyaslı" olacaq.

Xatırladaq ki, UNİAN-ın məlumatına görə, ötən həftə Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 15-ci sanksiyalar paketini təsdiqləyə bilməmişdi. Reuters-in məlumatına əsasən, Avropa İttifaqının iki üzvü, Avropa şirkətlərinə Rusiyadakı sərmayələrini çıxarmaq üçün verilən müddətin uzadılması məsələsində yaranan fikir ayrılıqları səbəbindən paketi bloklamışdı.

Daha sonra Politico bildirib ki, Latviya və Litvanın mövqeyi səbəbindən Avropa İttifaqı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməmişdi. Bu ölkələr Qərb şirkətlərinə sanksiyalara baxmayaraq, Rusiyada işləməyə davam etməyə imkan verən müddəanın uzadılmasını nəzərdə tutan paketi dəstəkləməkdən imtina ediblər.

UNİAN həmçinin məlumat verib ki, Avropa İttifaqı ABŞ-a təzyiq göstərərək, Rusiya "Qazprombank"ına qarşı sanksiyaların yumşaldılmasını tələb edir. Bloomberg xatırladır ki, bu maliyyə qurumu Rusiya qazının Avropa İttifaqına çatdırılmasının təmin olunması üçün açar rolunu oynayır.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri