Avropa İttifaqı Şurası Qrenlandiyaya dair mövqeyini bəyan etdi
Icma.az bildirir, Metbuat portalına istinadən.
Avropa İttifaqı Şurası ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya nəzarəti ələ keçirməsi ilə bağlı bəyanatlarına dair mövqeyini bəyan edib.
Metbuat.az xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Antonio Kosta bildirib ki, ittifaq Danimarkanı tam dəstəkləyir. “Euronews”un suallarını cavablandıran Kosta Danimarkanın ərazi bütövlüyünün Avropa İttifaqı üçün fundamental məsələ olduğunu bildirib. Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmə ritorikasına qarşı AB-nin Danimarkaya tam dəstək verdiyini vurğulayan Kostanın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsində olduğu kimi ittifaq milli suverenlik və ərazi bütövlüyü prinsiplərini müdafiə edir.
Qrenlandiyanın Danimarkanın ərazisi olduğuna diqqət çəkən Kosta bildirib ki, Danimarka suveren dövlətdir və öz maraqlarını müəyyən edir. Kosta beynəlxalq hüquqa riayət olunmasının vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 30 Yanvar 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















