Avropa İttifaqı Şurasının Kiprdə qeyri rəsmi iclası olacaq
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Berlin, 14 aprel, AZƏRTAC
Aprelin 23-24-də Avropa İttifaqı (Aİ) Şurasının Kiprdə qeyri-rəsmi iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Aİ Şurasının Prezidenti Antonio Koştanın İttifaqa üzv ölkələrin dövlət və hökumət başçılarına dəvət məktubunda iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verilib. İclasın əsas gündəliyi mürəkkəb geosiyasi vəziyyət və Avropanın buna cavab tədbirləri, eləcə də 2028-2034-cü illəri əhatə edən çoxillik maliyyə çərçivəsi üzrə siyasi istiqamətlərin müəyyənləşdirilməsindən ibarət olacaq. Liderlər müzakirələrə Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı ilə başlayacaq və Ukraynada davam edən müharibə ilə bağlı vəziyyəti nəzərdən keçirəcəklər.
Görüşdə İran və Yaxın Şərqdəki vəziyyət də geniş müzakirə olunacaq. Aİ-nin regionda gərginliyin azaldılması, sülhün təşviqi və gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına töhfəsi diqqət mərkəzində olacaq. Eyni zamanda, enerji qiymətlərinin artımının iqtisadi təsirləri və mümkün tədbirlər müzakirə ediləcək.
İclas çərçivəsində növbəti çoxillik büdcə üzrə maliyyələşmə məsələləri, o cümlədən yeni gəlir mənbələri və rəqabət qabiliyyətinin gücləndirilməsi də gündəmdə olacaq. Liderlər, həmçinin Yaxın Şərq ölkələrinin nümayəndələri ilə birgə görüş keçirərək mövcud vəziyyət və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparacaqlar.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 15 Aprel 2026 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















