Avropa İttifaqı Ukraynaya hava müdafiəsi və hərbi dəstəyin artırılması çağırışını etdi
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
- +
Avropa İttifaqı (Aİ) liderləri 2024-cü ilin son zirvəsindən sonra verdikləri yazılı bəyanatda Ukraynaya hərbi yardım və dəstəyin artırılması niyyətini bir daha təsdiqləyiblər.
Bəyanatda vurğulanıb: “Avropa Şurası, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyir. Aİ, Ukraynaya və onun xalqına siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək verməkdə qətiyyətlidir və bunu lazım olduğu müddətdə davam etdirəcək.”
Aİ liderləri, Ukrayna Silahlı Qüvvələrinə hava müdafiə sistemləri, sursat və raketlər tədarükünün artırılmasının, habelə hərbi təlimlərin sürətləndirilməsinin vacibliyini qeyd ediblər.
Eyni zamanda, Ukrayna ilə bağlı hər hansı bir sülh təşəbbüsünün yalnız Ukraynanın iştirakı ilə müzakirə edilməli olduğuna xüsusi diqqət çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 Dekabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















