Icma.az
close
up
RU
Avropa İttifaqı Ukraynaya hərbi dəstək üçün 1,9 milyard avro ayırır Şmıhal

Avropa İttifaqı Ukraynaya hərbi dəstək üçün 1,9 milyard avro ayırır Şmıhal

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa ölkələrinin yüksək səviyyəli diplomatlarının Lvov şəhərinə səfəri zamanı Ukraynaya ümumilikdə 1,9 milyard avroluq əlavə hərbi dəstəyin veriləcəyi vəd edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıhal "Telegram"da məlumat verib.

“Bu gün Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi dəstək məqsədilə təxminən 1,9 milyard avro ayırmaq niyyətində olduğunu rəsmən elan edib,” – deyə Şmıhal vurğulayıb.

Baş nazir bunu tarixi qərar adlandırıb, çünki Ukrayna üçün silahlar Avropa Sülh Fondu vasitəsilə dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına alınacaq.

“Bu məbləğin 1 milyard avrosu “danimarka modeli” üzrə – birbaşa Ukrayna istehsalçılarından silah alınmasına yönəldiləcək,” – deyə Şmıhal bildirib.

Onun sözlərinə görə, bu addım Ukraynanın müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, Ukraynanın müdafiə-sənaye kompleksində iqtisadiyyat və innovasiyaları da stimullaşdıracaq. “Daha 600 milyon avrodan çox vəsait artilleriya və sursatlara, 200 milyon avrodan çox isə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə yönəldiləcək,” – deyə Şmıhal əlavə edib.

O, Avropa İttifaqına bu uzaqgörən qərara, liderliyə və dəstəyə görə təşəkkürünü bildirib. “Xüsusi təşəkkür Danimarka, Fransa, Niderland və İtaliyaya – onlar 1 milyard avroluq Ukrayna istehsalı silahların alınmasını həyata keçirəcəklər,” – deyə Şmıhal qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı press-relizdə bildirilib ki, Aİ ölkələri bu ilin sonunadək Ukraynaya azı 1,35 milyon mərmi verməyi öhdələrinə götürüblər. Xarici işlər naziri Andrey Sıbıqa, xüsusilə, Avropadan olan həmkarı Kaja Kallasın Ukraynaya və Aİ üzv dövlətlərinə 2 milyon artilleriya mərmisi təqdim etmək təşəbbüsünə görə təşəkkür edib. Nazir vurğulayıb ki, 2025-ci ildə 1,35 milyondan çox mərminin təhvili artıq razılaşdırılıb və bu rəqəmin artırılması istiqamətində işlər davam edir.

Sıbıqa əlavə edib ki, Aİ Avropa müdafiə sənayesinin uzunmüddətli inkişafı üçün yeni və effektiv mexanizmlər yaradıb. “Bu, Avropa müdafiəsində yeni bir dövrdür. Məqsədimiz Ukrayna ilə Avropa müdafiə sənayesinin sürətlə inteqrasiyasıdır. Bu, Avropa müdafiəsini Ukraynanın unikal texnologiyaları ilə gücləndirəcək və cəbhədəki müdafiəmizi daha da möhkəmləndirəcək,” – deyə Sıbıqa vurğulayıb.

Onun sözlərinə görə, yeni alətlər Ukraynanın müdafiə-sənaye kompleksinin texnoloji yenilənməsini və ümumavropa təchizat zəncirlərinə inteqrasiyasını sürətləndirəcək.

Qeyd edək ki, daha əvvəl Aİ-nin ali nümayəndəsi Kaja Kallas Lvovda 9 may tarixində Ukrayna müdafiə sənayesinə 1 milyard avro ayrılacağını elan edib. Vəsait Aİ-nin müxtəlif üzv dövlətlərindən ayrılacaq.

Aİ qeyd edir ki, Rusiya hələ də sülhə dair heç bir əlamət göstərmir. Buna görə də Rusiyaya daha çox təzyiq göstərilməlidir ki, sülhə maraq göstərsin. Bu məqsədlə Aİ-nin 17-ci sanksiya paketi hazırlanır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see288

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see286

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see208

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see187

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see165

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see164

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see156

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see147

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see144

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see144

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see144

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see143

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see139

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see136

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see136

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see135

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see133

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see131

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see129

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri