Icma.az
close
up
RU
Avropa İttifaqına üzv olan dövlətlər bir çox hallarda Viktor Orbanın sərgilədiyi mövqe ilə razılaşmağa olurlar

Avropa İttifaqına üzv olan dövlətlər bir çox hallarda Viktor Orbanın sərgilədiyi mövqe ilə razılaşmağa olurlar

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Macarıstan Azərbaycana dost ölkələrdən biridir. Eyni zamanda, dövlətlərimiz və millətlərimiz arasında bir çox oxşarlıqlar da vardır. Azərbaycan prezidenti Macarıstana səfəri çərçivəsində verdiyi açıqlamalarda bu məsələlərə diqqət çəkmiş oldu və eyni zamanda, xüsusi olaraq onu da vurğuladı ki, Macarıstan Prezidenti Viktor Orbanın yürütdüyü siyasət tam mənası ilə hansı platformada olmağından asılı olmayaraq dövlət və milli maraqlara xidmət edir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə açıqlamasında bildirib ki, Macarıstan Avropa İttifaqının üzvüdür və bu mötəbər təşkilatın üzvü olmaqla yanaşı, eyni zamanda Türk Dövlətləri Təşkilatında da müşahidəçi üzvü olaraq fəaliyyət göstərməkdədir: “Macarıstan Avropa İttifaqı ölkələri ilə onların yürütdüyü siyasətlə yanaşı, həm də Türk Dövlətləri Təşkilatında Azərbaycan və türk dövlətləri ilə oxşar mövqedən çıxış etməkdədir. Siyasi yönümündə Türk Dövlətlər Təşkilatının mövqeyini hər zaman dəstəkləməklə gündəmdə olub. Bu da xüsusi olaraq vurğulanmalıdır”.

Arzuxan Əlizadə / Foto: amip.az

“Prezident İlham Əliyev bir məsələyə də xüsusi olaraq diqqət çəkdi ki, bir çox hallarda Avropa İttifaqına üzv ölkələrin fərqli siyasət yürütmələrinə baxmayaraq, Macarıstan prezidenti hər zaman bu təşkilat daxilində öz müstəqil siyasəti ilə fərqlənib. Bir çox hallarda təzyiqlərə və kənar müdaxilələrə baxmayaraq öz dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Cənab prezident bunu hətta bir qəhrəmanlıq adlandırdı. İlham Əliyev “ölkələrin təmsil olunduğu təşkilatda fəaliyyət göstərməklə yanaşı, bəzən həmin dövlətlərin xüsusi mentalitetə uyğun dəyərlərindən kənar, öz milli və dövlət maraqlarını üstün tutmaqla prioritet götürməklə siyasət yürütmək, hər siyasətçinin işi deyil” fikirlərini səsləndirdi. Sözün həqiqi mənasında bu siyasət təqdirə layiqdir ki, Macarıstan prezidenti Viktor Orban Avropa İttifaqı çərçivəsində fəaliyyət göstərən dövlətlərdən bir çox hallarda fərqli siyasət yürütməsi ilə gündəmdədir, daha çox öz dövlət və milli maraqlarını önə çəkməklə bu siyasəti aparır”-deyə deputat qeyd edib.

Arzuxan Əlizadə vurğulayıb ki, öz xalqı tərəfindən də bu məsələlərdə dəstəklənir və Avropa İttifaqına üzv olan dövlətlər də bir çox hallarda Viktor Orbanın sərgilədiyi mövqe ilə razılaşmaq məcburiyyətində qalırlar.

“Cənab Prezident bu məsələni xüsusi olaraq vurğuladı və bu kontekstdə Viktor Orbanı "qəhrəman siyasətçi" kimi dəyərləndirdiyini bildirdi. Dövlətlərimiz arasında münasibətlərin belə yaxın olmasında da Orbanın Azərbaycan prezidenti cənab İlham Əliyevlə birlikdə yürütdüyü siyasətin çox önəmi var”-deyən deputat bildirib ki, Azərbaycan müstəqil xarici siyasət yürütməsi ilə gündəmdədir və bu, artıq bütün dünya dövlətləri tərəfindən qəbul edilmiş reallıqdır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu kontekstdə Viktor Orbanın da müstəqil siyasət yürütdüyünü diqqətə çatdırdı.

Deputatın fikrincə, xalqlarımız arasında oxşarlıqları deməklə yanaşı, eyni zamanda bir çox məsələlərə siyasi müstəvidə baxışlarımızın da eyni olduğu və bunun həm də yürüdülən siyasəti dövlət və milli maraqlara xidmət etməsi ilə daha güclü olduğunu diqqətə çatdırmış oldu.

“Bu kontekstdə, Azərbaycan və Macarıstan arasında münasibətlərin bundan sonra da ən üst səviyyədə olacağı və xalqlarımız arasındakı bir çox oxşar dəyərlərin qorunub saxlanılmaqla, dövlət və milli maraqlarımıza xidmət etməklə iki dövlət arasında əlaqələrin daha da inkişaf etməsinin vacibliyindən danışaraq, bununla həm də əminliyini bildirmiş oldu. Bu münasibətlər gələcəkdə də Azərbaycan və Macarıstan arasında bələrinin daha da möhkəmlənməsinə, bağların daha da güclənməsinə səbəb olacaq”-deyə Arzuxan Əlizadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri