Icma.az
close
up
RU
Avropa İttifaqından Putini qəzəbləndirəcək QƏRAR

Avropa İttifaqından Putini qəzəbləndirəcək QƏRAR

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzadıb.

News24.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı sosial media hesabında paylaşım edib.

“Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması ilə bağlı razılığa gəliblər”. Kallas deyib ki, sanksiyaların uzadılması Moskvanı müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirlərdən məhrum edəcək. “Rusiya vurduğu ziyanı ödəməlidir”, - Kallas bildirib. 

Qərar çərçivəsində Rusiyanın Ukraynada sabitliyi pozmağa yönəlmiş hərəkətləri səbəbindən ilk dəfə 2014-cü ildə tətbiq edilən və 2022-ci ilin fevralında Ukraynaya hücumdan sonra xeyli genişləndirilən məhdudlaşdırıcı tədbirlər 2025-ci il iyulun 31-dək uzadılacaq.

Aİ indiyədək Rusiyaya qarşı 15 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar, qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalır.

Sanksiyalar həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan Aİ-yə daşınmasına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir. 2000-dən çox şəxs və qurum Aİ-nin sanksiya siyahısındadır.

Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyaları hər 6 aydan bir uzadılır. Hazırkı sanksiyaların müddəti 2025-ci il yanvarın 31-də başa çatmalı idi. Sanksiyaların uzadılması üçün yekdilliklə səsvermə tələb olunur. Macarıstan bir müddətdir ki, enerji sektorunda narahatlığına görə sanksiyaları uzatmaq istəmirdi.

Aynurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri