Icma.az
close
up
RU
Avropa İttifaqının bu addımı İranı Şimali Koreya, Taliban, HƏMAS kimi strukturlarla eyni diskursda təqdim edir

Avropa İttifaqının bu addımı İranı Şimali Koreya, Taliban, HƏMAS kimi strukturlarla eyni diskursda təqdim edir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı ölkələri İran İnqilab Keşikçiləri Korpusunun SEPAH qolunu rəsmi olaraq terror təşkilatı kimi tanıyıb. Bu qərar İranın regional siyasətinə və Yaxın Şərqdəki güc balansına ciddi təsir göstərə bilər. Qərar, həmçinin Avropa ilə İran arasındakı diplomatik və iqtisadi əlaqələrə əlavə təzyiq yaratmaq məqsədi daşıyır. Ekspertlər hesab edir ki, SEPAH-a qarşı bu addım, Avropa ölkələrinin təhlükəsizlik və kəşfiyyat əməkdaşlığını daha da gücləndirəcək. İranda isə bu qərarın diplomatik və hərbi reaksiyalara səbəb olacağı gözlənilir.

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qərardan sonra İranın itirəcəyi çox şey ola bilər və bu qərar təkcə simvolik deyil, zəncirvari siyasi, diplomatik və iqtisadi nəticələr yaradacaq, ilk olaraq dövlətin legitimlik məsələsi zərbə alacaq.

Anar İsayev

“Bilirsiniz ki, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) İran dövlətinin birbaşa tərkib hissəsidir. Aİ ölkələrinin SEPAH-ı terror təşkilatı kimi tanıması faktiki olaraq belə bir mesaj verir: "İran dövləti terror strukturu ilə idarə olunur”. Bu, İranın “normal dövlət” statusunu ciddi şəkildə zədələyir. İkincisi böyük ehtimalla yeni sanksiyalar tətbiq olunacaq. Belə ki, SEPAH-la əlaqəli bütün şirkətlər və banklar avtomatik risk zonasına düşür”-deyən Anar İsayev qeyd edib ki, Avropa şirkətləri İran bazarından tam çıxmağa məcbur qalır və ikinci sanksiyalar riski (ABŞ-la koordinasiya) artır, yəni bu qərar həm də mövcud sanksiyaları dərinləşdirmək üçün yeni hüquqi əsaslar yaradır.

Politoloqun fikrincə, üçüncüsü çox ciddi diplomatik itkilər olacaq: “Aİ–İran diplomatik kanalları minimum səviyyəyə enə bilər. Səfirlərin geri çağırılması, diplomatik münasibətlərin “dondurulması”, İranın Avropada lobbi və yumşaq güc imkanları sıradan çıxacaq. Belə bir qərar İrana həm də strateji zərbədir. Çünki İran illərdir iddia edirdi ki, "SEPAH terrorçu deyil, dövlətin rəsmi hərbi qurumudur". Aİ-nin bu addımı İranın rəsmi narrativini dağıdır və İranı Şimali Koreya, Taliban, HƏMAS kimi strukturlarla eyni diskursda təqdim edir”.

Anar İsayev bildirib ki, sözügedən qərar hətta neytral ölkələrin belə İranla məsafə saxlamasına səbəb ola bilər: “İran iqtisadiyyatı da bu qərardan ciddi təsirlənə bilər. Buna qədər ABŞ-nin tətbiq etdiyi sanksiyalar nəticəsində İran iqtisadiyyatı kifayət qədər zərbə alıb. Bu qərardan sonra Avropa–İran ticarətinin qalan hissəsi də praktik olaraq dayanacaq. Enerji, logistika, sığorta, gəmiçilik sahələri tam bloklana bilər.İranın Avropa üzərindən texnologiya,ehtiyat hissələri, maliyyə axınları kəsilə bilər. SEPAH-ın neft, tikinti, limanlar, telekommunikasiya sektorlarında dominant olduğunu nəzərə alsaq — demək olar ki, bütün iqtisadiyyat zərbə alır”.

Politoloq qeyd edib ki, SEPAH-ın Aİ tərəfindən terror təşkilatı kimi tanıması İran üçün siyasi təcridin dərinləşməsi, iqtisadi boğulmanın sürətlənməsi və diplomatik manevr imkanlarının daralması, eyni zamanda dövlət imicinin ciddi şəkildə zədələnməsi deməkdir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri