Icma.az
close
up
RU
Avropa İttifaqının ən “uzunömürlü” hökumət başçısı yola salınır?

Avropa İttifaqının ən “uzunömürlü” hökumət başçısı yola salınır?

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Avropa İttifaqının ən “uzunömürlü” hökumət başçısı və Putinin Avropadaki “Troya atı” Viktor Orban yola salınır?

İlk növbədə qeyd edək ki, Viktor Orban Avropa İttifaqında ən uzun müddət ərzində hökumət başçısı olan adamdır-16 il.

12 apreldə Macarıstanda parlament seçkiləri keçiriləcək, son 16 ildə hakimiyyətdə olan Fidesz partiyası və onun lideri Viktor Orban heç zaman məğlubiyyətə bu qədər yaxın olmayıb.

Macarıstanın dünyada analoqu olmayan unikal seçki sistemi var. Bu sistem xüsusi olaraq elə qurulub ki, qanun çərçivəsində Viktor Orbanın partiyası(Fidesz) əlavə üstünlük əldə etsin.

Parlamentin cəmi 199 deputatı var, 106 deputat majoritar, 93-ü isə proporsional sistemlə seçilir. Majoritar sistemlə keçirilən seçkilər də bir turlu keçirilir.

Macarıstanın majoritar sisteminin spesifik xüsusiyyəti seçki dairələrinin bölünməsidir. Misal üçün kiçik əyalətdən də 1 deputat seçilir, böyük şəhərdən də 1 deputat. Əyalət və kənd dairələrində böyük şəhərlərlə müqayisədə daha az seçici yaşayır, bu isə faktiki olaraq o deməkdir ki, əyalətdə namizəd olan şəxs deputat mandatı qazanmaq üçün şəhərdə namizəd olan şəxsdən daha az səs toplamalıdır. Başqa sözlə, bu sistemdə bir əyalət seçicisinin səsi paytaxt sakininin səsindən daha əhəmiyyətlidir. Qalan 93 deputat mandatı isə 5 faizlik seçki baryerini keçən partiyalar arasında bölüşdürülür.

Sonra gördüyümüz kimi Tramp və onun komandası Orbanın seçki kampaniyasına qoşulub, amma əks-effekt yaşanır və Orbanın reytinqi enməkdə davam edir.

Və ümumiyyətlə Orbanın dəstəkçilərinin siyahısı çox “möhtəşəmdir”: Tramp, Netanyahu, Putin.

Müxalif qüvvələrin gördüyü işlər isə əksinə, lazımlı effekt verir: son günlər ərzində Orbanın və onun xarici işlər nazirinin Rusiya ilə təmasları barədə kompromatlar yayıldı, macar cəmiyyəti son dərəcədə narazıdır.

Bütün sorğular və reytinqlər onu göstərir ki, Orban sabah uduzacaq, misal üçün polymarket Orbanın məğlubiyyətinə 72% ehtimal verir.

Sabah Avropa üçün çox önəmli gün olacaq.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Aprel 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri