Avropa İttifaqının Gürcüstandakı səfiri XİN ə çağırılıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bu məlumatı Gürcüstan XİN yayıb.
Nazirliyin məlumatına görə, səfir Gerçinski Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti nəzdində təşkil edilmiş Gürcüstan mövzusundakı tədbirdə səsləndirdiyi bəyanatla əlaqədar Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşə çağırılıb.
"Brüsselin bu cür hərəkətləri və Gürcüstan barəsində verilən bəyanatlar tərəfdaşlar arasında etimadı sarsıdır, Gürcüstan-Avropa münasibətlərinə ziyan vurur və onlara qarşı yönəlib", - Boçorişvili deyib.
Nazir həmçinin Gürcüstan hökumətinin konstruktiv dialoqa müntəzəm şəkildə hazır olduğunu qeyd edib və Aİ tərəfindən ölkəyə qarşı ədalətli və hörmətli münasibət gözlədiyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 27 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















