Avropa komandalarının builki dünya çempionatında iştirakı sual altındadır
Qol.az saytına istinadən Icma.az xəbər verir.
UEFA FIFA yarışlarının boykotunun dayandırılması üçün irəli sürülən şərtlərin yerinə yetirilmədiyini açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə Sky News UEFA-nın bəyanatına istinadən məlumat yayıb.
Avropa futbol qurumu bildirib ki, FIFA prezidenti Canni İnfantinonun üzr istəməsi və dünya çempionatının hüquqlarının özəl investorlara satılması planını geri çəkməsi mövcud vəziyyəti dəyişməyib.
UEFA-nın bəyanatında deyilir: "“UEFA-ya üzv assosiasiyalar FIFA yarışlarının boykotunun dayandırılması üçün şərtləri aydın şəkildə müəyyənləşdiriblər. Birincisi, əsas turnirlərin hüquqlarının satılması ilə bağlı təkliflər geri götürülməli idi. İkincisi, futbolun mahiyyətini dəyişdirə biləcək belə cəhdlərin gələcəkdə təkrarlanmayacağına dair təminat verilməli idi.
Bu şərtlər yerinə yetirilməyib. Bundan başqa, UEFA şənbə günü yaydığı bəyanatda Canni İnfantinonun rəhbərliyinə etimadı itirdiyini açıq şəkildə bildirmişdi. Mövqeyimiz dəyişməz olaraq qalır”.
UEFA FIFA-nın Mərakeşdə keçirilən fövqəladə görüşdən sonra yaydığı və idarə heyəti üzvlərinin İnfantinoya “tam dəstək” verdiyinin bildirildiyi birgə bəyanatın etibarlılığına da şübhə ilə yanaşıb. “FIFA prezidentinin rəğbətindən asılı olan bəzi əməkdaşlarının onunla razı olduğunu bildirməsi heç nəyi dəyişmir”, – deyə UEFA-nın açıqlamasında qeyd olunub.
Mövcud boykot səbəbindən Avropa komandalarının Polşada keçiriləcək qadınlar arasında U-20 dünya çempionatında iştirakı da sual altındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 06 Avqust 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















