Icma.az
close
up
RU
Avropa Komissiyası: “Aİ dən deportasiyaların sayı əhəmiyyətli dərəcədə artacaq”

Avropa Komissiyası: “Aİ dən deportasiyaların sayı əhəmiyyətli dərəcədə artacaq”

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Avropa Komissiyası ötən il ərzində Avropa İttifaqından (Aİ) deportasiya edilənlərin sayında kəskin artım proqnozlaşdırır.

Qaynarinfo "Spiegel”ə istinadla xəbər verir ki, bu barədə Aİ-nin daxili işlər üzrə komissarı Maqnus Brunner "Welt am Sonntag" nəşrinə müsahibəsində bildirib.

"İlin ilk üç rübündə deportasiya səviyyəsi 2023-cü ildəki 19%-dən 2025-ci ildə 27%-ə yüksəlib. Bu o deməkdir ki, 2025-ci ildə biz 2019-cu ildən bəri ən yüksək deportasiya səviyyəsini gözləyirik", – deyə Maqnus Brunner qeyd edib. Bununla belə, o, bu göstəricinin "hələ də kifayət olmadığını" əlavə edib.

Aİ komissarı bildirib ki, qeyri-qanuni immiqrantlarla bütün cəbhələrdə mübarizə aparılmalıdır:

• Ardıcıl deportasiya: Aİ-də qalmaq hüququnu itirənlərin dərhal çıxarılması.

• Sürətli imtina: Sığınacaq almaq şansı az olan şəxslərin müraciətlərinin dərhal rədd edilməsi.

• Üçüncü ölkələrlə əməkdaşlıq: İnsanların təhlükəli səyahətlərə çıxmaması üçün mənşə ölkələri ilə sıx iş birliyi.

Dekabrın əvvəlində Aİ ölkələrinin daxili işlər nazirləri miqrasiya və sığınacaq qanunvericiliyinin daha da sərtləşdirilməsi barədə razılığa gəliblər. Bu yeni tənzimləmə Aİ hüdudlarından kənarda, üçüncü ölkələrdə "geri qaytarılma mərkəzləri" yaratmağı hədəfləyir. Bu mərkəzlər ölkəni tərk etməli olan, lakin birbaşa öz ölkəsinə göndərilə bilməyən şəxsləri qəbul edəcək.

Razılaşmanın bir hissəsi də 2026-cı il üçün nəzərdə tutulan "həmrəylik fondu"dur. Razılaşma aşağıdakıları əhatə edir:

1. Yaşayış hüququ olmayanların geri qaytarılması üzrə ümumavropa reqlamenti.

2. Sığınacaq verilməsinin yeni qaydaları.

3. Aİ-nin ümumi "təhlükəsiz mənşə ölkələri" siyahısı.

Təklif hələ tam təsdiqlənməyib; Avropa Şurası və Avropa Parlamenti sənədin son mətni üzərində razılığa gəlməlidirlər.

Danimarkanın Baş naziri Mette Frederiksen Yeni il çıxışında bəyan edib ki, ağır cinayətlərə görə ən azı bir il müddətinə azadlıqdan məhrum edilən əcnəbilər, Danimarka ilə əlaqələrindən asılı olmayaraq, mütləq deportasiya olunmalıdırlar.

Almaniyada isə kansler Fridrix Mersin rəhbərlik etdiyi hökumətin müttəfiqləri həm suriyalılar, həm də ukraynalılar üçün miqrasiya siyasətinin daha da sərtləşdirilməsinə çağırırlar.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri