Avropa Komissiyası dörd Aİ ölkəsini məhkəməyə verdi
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa Komissiyası Portuqaliya, Rumıniya, İrlandiya və Polşanı Aİ qaydalarının müxtəlif pozuntularına görə Avropa İttifaqı Məhkəməsinə verib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytında dərc olunan açıqlamalarda bildirilir.
İki ayrıca açıqlamada Avrokomissiya qeyd edir ki, Portuqaliya “Natura 2000” adlı ümumavropa xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi təsir göstərə biləcək layihələrin lazımi qiymətləndirilməsini aparmadığı, həmçinin şəhər tullantı sularının təmizlənməsi ilə bağlı Aİ qaydalarına əməl etmədiyi üçün məhkəməyə verilib.
Avrokomissiya əlavə edib ki, Rumıniya hava çirklənməsinə nəzarətlə bağlı Aİ öhdəliklərini yerinə yetirmədiyi, İrlandiya şəhər tullantı sularının təmizlənməsi sahəsində Aİ normalarını pozduğu, Polşa isə prosessual hüquqlara dair Aİ normalarını düzgün şəkildə milli qanunverciliyə köçürmədiyi üçün məhkəməyə verilib. (Mənbə: RİA Novosti)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 11 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















